BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalında çıxış ediblər
SOSİAL
29 May 2025 17:11

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur.
“Ezop” tamaşasında rolları Universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov ifa ediblər.
Tamaşa dünya ədəbiyyatının klassik simalarından olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq hazırlanıb. Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib. Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, zəif və güclü cəhətləri, cəmiyyətin problemlərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də aktualdır.
Son XƏBƏRLƏR
05.12.2025 | 22:37
"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir
05.12.2025 | 22:16
BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə
05.12.2025 | 17:44
BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub
05.12.2025 | 16:58