BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

            TƏDRİS 4 Mart 2025 19:57

            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

            Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. 

            BDU-nun 12 beynəlxalq ikili diplom proqramından 4-ü qardaş ölkənin ali məktəbləri ilə həyata keçirilir. 2020-ci ildən  BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı icra olunur. BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutu "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirir. BDU 2022-ci ildə Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə magistratura səviyyəsində “Biotexnologiya” ixtisaslaşması, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə bakalavriat səviyyəsində "Beynəlxalq münasibətlər" ixtisası üzrə ikili diplom proqramları imzalayıb. 

            İndiyədək BDU Qazaxıstanın 20-dək universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş tədbirdə isə BDU ilə Qazaxıstanın daha 8 universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bunlar Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, akademik E.A. Buketov adına Karaqanda Dövlət Universiteti, Qorqud Ata adına Qızıl Orda Universiteti, Alixan Bokeyxan Universiteti, K. Jubanov adına Aktobe Regional Universiteti, D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti, Karaqanda Sənaye Universiteti, Almatı Menecment Universitetidir. 

            Tədbirdə BDU rektoru Elçin Babayev Azərbaycan və Qazaxıstan universitetləri arasında bakalavr və xüsusilə magistratura səviyyələrində ikili və hətta üçlü diplom proqramlarının genişləndirilməsini təklif edib. Rektor çıxışında iki ölkənin tədqiqat infrastrukturunun paylaşılması və açıq elmi məlumatların əldə edilməsinin, təhsil və tədqiqat institutlarında mövcud olan elmi avadanlıqlara və obyektlərə kollektiv girişin təmin olunmasının vacibliyini vurğulayıb. Elçin Babayev müxtəlif doktorantura proqramları və birillik tədqiqat təcrübələrinin təşkilinin zərurliyini diqqətə çatdırıb və belə təşəbbüslərin həm Azərbaycan, həm də Qazaxıstan üçün elm, təhsil sahəsində yeni imkanlar yaradacağına inandığını bildirib.

            2024-2025-ci tədris ilindən BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində “Ölkəşünaslıq” (Qazaxıstan üzrə)”  ixtisaslaşması üzrə kadr hazırlığına başlanılıb. 

            Hazırda BDU-da 13 qazaxıstanlı tələbə təhsil alır.

            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
            TƏDRİS ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025