BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”

            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”

            SOSİAL 21 Aprel 2025 13:49

            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”

            AzEdu.az universitetlərin şəhid məzunlarının əziz xatirəsini yad etmək üçün onların müəllimlərindən müsahibələr alır.

            Bakı Dövlət Universitetinin (BDU) “Fəlsəfə” ixtisasının məzunu, şəhid Erkin Hüseynovla bağlı xatirələrini Universitetin Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, Fəlsəfə kafedrasının baş müəllimi Nəzakət Kərimova bölüşür...

            “Səhər işə gələndə mənə xəbər etdilər ki, antiterror əməliyyatı zamanı Erkin şəhid olub. Fakültədə heç kim bu həqiqəti qəbul etmək istəmirdi. Erkin 2016-cı ildə BDU-nun “Fəlsəfə” ixtisasına daxil olmuşdu. O, təbiət etibarı ilə digərlərindən seçilirdi. Tələbə var ki, illər keçir, adı yaddan çıxır, bəzilərini xatırlamaq üçün gərək şəklinə baxasan, hansı qrupda oxuduğunu düşünüb tapasan. Amma Erkin... Erkin elə deyildi. Onun siması yaddaşda iz kimi qalmışdı. Təbəssümündə bir istilik vardı, baxışlarında sakit, amma qəribə bir qətiyyət hiss olunurdu. Söhbətlərdə, dərslərdə, sadə bir salamda belə iz buraxırdı. Elə bil, bu dünyaya keçib getmək üçün yox, yadda qalmaq üçün gəlmişdi. O,  hərbi geyimi geyinəndə çox qürurlandığını deyirdi. Onların qrupu da çox maraqlı idi. O qrupda 4 oğlan var idi: Fərid, Kamal, Əli və Erkin. Onlar 4 qardaş kimi idilər. Birinin azca başı ağrısa, hamısı onun dərdinə həmdəm olardı.

            Auditoriyada kimsə musiqi qoşanda, o dörd oğlan oynayırdı. Fərid gözəl gitara ifa edirdi. Onlar bir yerə düşən kimi çalıb-oynamağa başlayırdılar. Bütün tənəffüsləri deyib-gülməklə keçirirdilər. O qədər fərqli uşaqlar idilər ki, heç vaxt yaddan çıxmayacaq qrupdurlar mənim üçün.
            Otağa daxil olanda deyirdim ki, özünüzü əsgər kimi aparın. Hərbi xidmətdə olanda necə ki, məsuliyyətli, vaxtlı-vaxtında tapşırıqları icra edəcəksinizsə, dərsdə də elə olun. Həmin 4 tələbə məni həyətdə də görəndə əsgər salamı ilə qarşılayırdılar. Deyirdim, “Ayıbdır, görən olar, müəllimlə salamlaşırsınız. Camaat nə deyər, olmaz axı”. O uşaqlarla səmimi idik. Çox təəssüf ki, belə tələbələrimiz az olur…

            Erkinin üzündə daim saf təbəssüm olurdu. Əlini gözünün üstünə qoyub salamlaşmağı və nur üzü yaddaşıma yazılıb.

            Ən çətin, münaqişəli situasiyalarda Erkini görmək mümkün idi, amma o, davalarda özünə yaraşan formada, ağıryana qaydada xoşagəlməz vəziyyəti düzəltməyə çalışar, problemi sakit dillə həll edərdi.

            Onların qrupunda hamı yaxşı oxuyurdu, 9 qiyməti alanlar 10 üçün çabalayırdılar. Amma Erkini nə vaxt çağırsam, “dərsə hazıram” deyib, danışardı. “8 yazıram sənə”, - deyəndə isə, “Müəllim, mənim üçün qiymətin əhəmiyyəti yoxdur, onsuz da hərbçi olacam”, - deyirdi. Onun səmimiyyətinin, mədəniyyətinin qarşısında insan 1-2 bal da artıq yazmaq istəyirdi.

            Erkinin hərbçi olmaq arzusu onun tale yoluna yazılmışdı. Amma o, heç vaxt “Hərbçi olacam, oxumayım, çalışmayım, kimdənsə qiymət xahiş edim” demirdi. Bu hərəkətlər onun təbiətinə yad idi. Ona neçə qiymət versən, qane olub, yoluna davam edirdi. Deyirdi, “Əsas odur, kəsrim olmasın, universiteti bitirim, hərbçi olum”.

            Erkin hamımızın sevimlisi idi. Asudə vaxtlarında universitetdəki gənclər təşkilatında çalışırdı. Şəhid olanda hamı onun yasını tuturdu, bütün paylaşımlarda idi Erkin. O, bir qrupun, fakültənin, bir müəllimin sevimlisi deyildi, Universitetdəki bütün həmyaşıdlarının əzizi idi.

            Şəhid olduğu gün kafedradan, fakültədən müəllimlər yığışıb onun yasına getdilər. Sonra tələbə qruplarına yazdım ki, “Uşaqlar, oktyabrın 12-si Erkinin doğum günüdür. Kim bizimlə getmək istəyər?”. O qədər tələbə bu mesaja müsbət cavab verdi ki… Amma dərslərə görə 23-24 nəfərlə yığışıb Erkingilə getdik. Səhər saat 5-də Universitetin qarşısından yığışıb, yola düşdük. Bütün tələbələri orada görmək çox gözəl hiss idi. Bu, onların Erkinə olan hörmətinin nişanəsi idi.

            Erkin ailənin yeganə övladı idi… Onun atası da hərbçi olub. Ailəsi bizi səmimiyyətlə qarşıladı. Daha sonra əklillə onun məzarına, eləcə də oxuduğu məktəbə, xatirəsinə həsr olunmuş bulağa baş çəkdik. Biz həmin gün yenidən şəhərə qayıtmalı idik. Uşaqların onun məzarı üstündə hönkür-hönkür ağlayırdılar… Valideynləri dedilər ki, “Evə gedək, Erkinin ad gününü qeyd edək”. Biz Erkinsiz Erkinin doğum gününü qeyd etdik.

            Bakıya qayıdanda uşaqların üzündə bir təbəssüm, bir rahatlıq var idi. Onlar Erkinin ailəsinə onu unutmadıqlarını sübut etmişdilər.

            Biz hər il Erkinin ailəsinə baş çəkir, onun məzarını ziyarət edirik. İndi də elə bilirəm ki, ölümsüzdür, hansısa auditoriyadan çıxacaq, onu görə biləcəm… Məkanı cənnət olsun”.

            https://azedu.az/musahibe-ve-reportajlar/90891/ldquobu-dunyaya-kechib-getmek-uchun-yox-yadda-qalmaq-uchun-gelmishdirdquo-nbspshehidin-muellimi/

            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            BDU-nun şəhid məzunu Erkin Hüseynovun müəllimi: “Hərbi formanı geyinəndə çox qürurlanırdı”
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025