BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

            BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 5 İyun 2025 11:11

            BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Quacquarelli Symonds” (QS) Agentliyinin təşkilatçılığı ilə Sinqapur şəhərində keçirilən “EduData Summit - 2025” tədbirində “2030-cu ilin universiteti – müəssisəniz necə görünəcək?” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib.

            Sessiyada hazırda qlobal miqyasda ali təhsildə müşahidə olunan dəyişikliklər, bu dəyişikliklərin universitetlərin fəaliyyətinə təsiri, sənaye və texnologiya şirkətləri ilə yeni əməkdaşlıq modellərinin qurulması və süni intellektə əsaslanan rəqəmsal keçid mərhələsində verilənlərin transformasiya gücündən istifadə etmək üçün innovativ yanaşmaların mümkün etik tətbiqi imkanları mövzularında müzakirələr aparılıb. Rektor Elçin Babayev tədbirdə çıxış edərək BDU-nun bu keçid dövründə strateji mövqeyindən, hədəflərindən, bu istiqamətdə həyata keçirilən layihələrdən və yenilikçi təşəbbüslərdən bəhs edib.

            Rektor çıxışında qeyd edib ki, BDU ənənəvi tədris modeli ilə yanaşı, sənaye, texnologiya şirkətləri və beynəlxalq akademik qurumlarla əməkdaşlığı genişləndirməklə tələbələrin müasir ehtiyaclarına cavab verən çevik və rəqəmsallaşmış yeni təhsil mühitinin formalaşdırılmasına çalışır. Bu istiqamətdə süni intellekt əsaslı rəqəmsallaşmanın roluna diqqət çəkərək universitetlərin yalnız bilik ötürən deyil, həm də innovasiya yönümlü insan kapitalını inkişaf etdirən və cəmiyyətin inkişafına töhfə verən institutlar kimi yenidən dizayn edilməsinin vacibliyini vurğulayıb. Həmçinin, BDU-da yaradılan Süni intellekt etikası kafedrasında süni intellektin dərin yan təsirləri ilə mübarizə yollarının araşdırılması, süni intellekt sistemlərinin məqsədyönlü inkişafı və tətbiqi məqsədləri barədə ətraflı məlumat verib.

            Paneldə BDU-nun rektoru ilə yanaşı, “Open Story” şirkətinin təsisçisi Siok Siok Tan, “Reactor School”un baş direktoru Xairul Rusydi, “SoMin.ai” platformasının qurucusu Aleks Farseev və sessiyanın moderatoru, QS-in Strateji məzmun meneceri Laura Lightfinch də çıxış ediblər. Müzakirələr zamanı süni intellektin təhsildə rolu, qeyri-ənənəvi təhsil formatlarının yayılması və universitetlərin gələcəkdə hansı imkanlara və əməkdaşlıq modellərinə ehtiyac duyacağına dair məsələlər ön plana çıxıb. BDU-nun “EduData Summit - 2025” beynəlxalq platformasında fəal iştirakı Universitetin qlobal təhsil məkanında artan nüfuzunun və dəyişən reallıqlara uyğun strateji transformasiya istiqamətində uğurlu yol xəritəsinin göstəricisi kimi qiymətləndirilib.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025