BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”

            BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”

            BEYNƏLMİLƏLLƏŞMƏ 4 Fevral 2025 13:18

            BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”

            Sofiana Jamil Afifah Bakı Dövlət Universitetinin (BDU) indoneziyalı tələbəsidir. BDU-da   “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alır. Həm Azərbaycan mədəniyyətini, həm də ölkənin təhsil sistemini çox müsbət qiymətləndirir. Onunla müsahibədə Azərbaycana gəlişi, təhsili, hədəfləri ilə bağlı danışdıq.
            - Xoş gördük, Sofiana, özün barədə məlumat verə bilərsənmi?

            - Hazırda BDU-nun hazırlıq qrupunda təhsil alıram. Eyni zamanda həm ingilis, həm də Azərbaycan dilini öyrənirəm. Bu, mənim dil biliklərimi inkişaf etdirməyə kömək edir. Hazırlıq kursunu bitirdikdən sonra “Tarix müəllimliyi” ixtisası üzrə magistr təhsili alacağam.

            - Necə oldu ki, təhsil almaq üçün Azərbaycanı, məhz BDU-nu seçdiz?

            - Burada təhsil almağım indoneziyalı müəllimlərimin tövsiyəsi ilə baş tutub.  “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində tələbə adını qazandığım zaman çox sevinmişdim. İndoneziya ilə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur. Burada indoneziyalı tələbələrin təşkilatı fəaliyyət göstərir, bu da mənim üçün böyük dəstək oldu.

            - Ölkəmizlə bağlı hansı təəssüratların var?

            - Azərbaycanı çox sevirəm. Xüsusilə Bakı şəhəri, İçərişəhər çox maraqlıdır, burada  zəngin tarixi abidələr var. Bir müddət əvvəl Şuşaya səfər etmək şansım oldu. Bu, mənə çox təsir etdi. Azərbaycan çox qədim tarixə malikdir və bu zənginlik muzeylərdə də öz əksini tapır.

            - Milli mədəniyyətimizi, yeməklərimizi necə, bəyənirsən?

            - Azərbaycan mətbəxi çox fərqlidir. Biz İndoneziyada əsasən düyü ilə hazırlanmış yeməkləri yeyirik, amma burada ən çox bəyəndiyim yemək xəngəl oldu. Bir gün müəllimimiz xarici tələbələr üçün xəngəl bişirmişdi, biz onu çox bəyəndik. Xəngəl burada çox məşhurdur.

            - Azərbaycanın iqliminə öyrəşmək çətin olmadı ki?

            - Bildiyiniz kimi, İndoneziyada 2 fəsil var. Buna görə bir az çətin oldu. Amma zamanla uyğunlaşdım.

            - Azərbaycanın təhsil sistemi barədə fikirlərin maraqlıdır...

            - Azərbaycanın təhsil sistemi çox yaxşıdır. Burada müəllimlərin öyrətmə metodları yüksək səviyyədədir. Hər zaman kömək etməyə hazırdırlar, öyrənmək istədiyimiz mövzuları aydın izah edirlər. Bu da təhsilimə müsbət təsir göstərir.

            - BDU-da təhsil almağın hansı üstünlükləri var?

            - Bu universitet akademik tədqiqatlara güclü dəstək təklif edir. BDU-da oxumağım mənə tarixi hadisələr, nəzəriyyələr və pedaqoji metodlar haqqında anlayışlarımı  dərinləşdirmək imkanı verib. Xarici tələbə kimi müxtəlif mədəniyyətlərdən olan həmyaşıdlarımla ünsiyyət dünyagörüşümü genişləndirib, tənqidi təfəkkürümü artırıb, mədəniyyətlərarası dialoqda iştirak etmək bacarığımı təkmilləşdirib.

            - Tələbə həyatını necə keçirirsən?

            - BDU-nun “Tələbə evi”ndə qalıram. Yataqxanada xarici tələbələr də qalır. Biz birlikdə asudə vaxt keçirir, yemək bişiririk. Mən indoneziyalı tələbələrin təşkilatında da çalışıram. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birlikdə layihələr həyata keçiririk.

            - Gələcəkdə Azərbaycanda qalmaq və ya işləmək istəyirsənmi?

            - Bəli, Azərbaycanda təhsilimi davam etdirmək istəyərəm. Burada iş imkanları da olsa, böyük məmnuniyyətlə çalışmaq istərəm. Azərbaycan mənə çox maraqlı və cəlbedici  ölkə kimi görünür. Ölkəmə qayıtdıqdan sonra da Azərbaycanla İndoneziya arasındakı əlaqələrin inkişafına dəstək olmaq istəyirəm. Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır. İstəyirəm ki, indoneziyalı gənclər Azərbaycan haqqında məlumatlı olsunlar. Bu çərçivədə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı haqqında indoneziyalı gənclər üçün onlayn təqdimat da etmişəm.

            Hazırladı: Nərminə Əsədova

            BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025