BDU-nun Filologiya fakültəsində özbək alimləri ilə görüş
BEYNƏLMİLƏLLƏŞMƏ
3 İyun 2025 12:33

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetinin əməkdaşları Amina Fəttahova, Nilufər Bəhramova və Dilaron Raximova ilə görüş keçirilib.
Nümayəndə heyətinin üzvü Dilaron Raximova “Qafur Qulam şeirlərində ictimai ümumiləşdirmələr” mövzusunda çıxış edib, böyük şairin yaradıcılığında yer alan ictimai motivlərə toxunub. Natiq çıxışı zamanı Qafur Qulamın şeirlərini özbək dilində səsləndirib, onların bədii-ictimai məziyyətlərindən bəhs edib.
Türkologiya kafedrasının professorları - kafedra müdiri Məhərrəm Məmmədov və Firuzə Ağayeva, dosentlər Qızılgül Abdullayeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevinc Məmmədova çıxışlarında Filologiya fakültəsində tanınmış özbək şairi Qafur Qulamın yaradıcılığının geniş tədris edildiyini vurğulayıb, özbək və Azərbaycan ədəbiyyatları arasında minilliklər boyu etnik-dini yaxınlıq və bağlılıqdan irəli gələn oxşarlıq, doğmalıq olduğunu bildiriblər.
Görüşdə Azərbaycan-Özbəkistan arasında siyasi-iqtisadi, elmi-mədəni və təhsil sahəsindəki sıx əməkdaşlıqdan danışılıb, hər iki universitetdə bu əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu qeyd olunub.
Son XƏBƏRLƏR
28.07.2026 | 16:48
BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib
28.07.2026 | 16:42
BDU rektoru abituriyentlərlə görüşüb
28.07.2026 | 16:39
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28.07.2026 | 15:51
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
27.07.2026 | 14:14