BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun çinli tələbəsi: “Azərbaycanın təhsil sistemi, sosial mühiti mənim üçün çox faydalı oldu”

            BDU-nun çinli tələbəsi: “Azərbaycanın təhsil sistemi, sosial mühiti mənim üçün çox faydalı oldu”

            BEYNƏLMİLƏLLƏŞMƏ 30 Yanvar 2025 14:22

            BDU-nun çinli tələbəsi: “Azərbaycanın təhsil sistemi, sosial mühiti mənim üçün çox faydalı oldu”

            You Xin Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Hökumətlərarası Təqaüd Proqramı ilə doktorantura təhsili alır. Magistratura səviyyəsi üzrə təhsilini də BDU-da alan You Xin “Azərbaycan-Çin beynəlxalq əlaqələri” mövzusunda elmi tədqiqatlar aparır. O, bu sahədəki biliklərini artırmaqla yanaşı, həm də Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafına töhfə vermək istəyir.

            You Xin Azərbaycanda və BDU-da keçirdiyi illərin onun üçün çox dəyərli olduğunu, burda əldə etdiyi bilik və təcrübənin inkişafında mühüm rol oynadığını vurğulayır:

            - Azərbaycanda təhsil almaq qərarını necə verdiniz?

            - Çində təhsil aldığım dövrdə universitet müəllimlərim Azərbaycanda təhsil alma imkanından bəhs etdilər. Hökumətlərarası Təqaüd Proqramı barədə məlumat aldım və proqrama müraciət etmək qərarına gəldim. Beynəlxalq əlaqələr sahəsində Azərbaycanın təhsil sisteminin yüksək səviyyədə olduğunu eşidəndən sonra burada təhsil almağı daha cəlbedici hesab etdim.

            - BDU-da ilk təhsil illərinizi necə xatırlayırsınız?

            - Bu, mənim üçün unudulmaz anlarla dolu bir dövr idi. Çoxlu dostlar qazandım, isti münasibətlərin içində olmaq məni daha da həvəsləndirdi. Azərbaycanın təhsil sistemi, qonaqpərvər insanları, sosial mühiti mənim üçün çox faydalı oldu. Bu müsbət təcrübə məni növbəti təhsil pillələrimi də Azərbaycanda almağa yönəltdi.

            - Təhsil müddətində hansı təcrübələri qazandınız?

            - Magistr təhsilim beynəlxalq jurnalistika və informasiya siyasəti üzrə olub. Magistr təhsilim zamanı AZƏRTAC-da təcrübə keçdim. AZƏRTAC Çin Dövlət Agentliyi olan Sinxua ilə sıx əlaqələrə malikdir. AZƏRTAC beynəlxalq əlaqələri geniş və çoxşaxəli dövlət agentliyi kimi mənə çox qiymətli təcrübə qazandırdı. Təcrübə müddətində həm Azərbaycanın daxili xəbərləri, həm də xarici əlaqələri sahəsində dərindən bilgi topladım.

            - Hazırda hansı mövzu üzrə tədqiqat aparırsınız?

            - Hazırda Azərbaycan və Çin arasında beynəlxalq əlaqələr sahəsində tədqiqat aparıram. Mənim magistr dissertasiya işim isə Azərbaycan və Çin arasında media əlaqələrinə həsr olunmuşdu. Bu iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə olan marağım doktorantura pilləsində də tədqiqat işimə ilham verdi. Mənim məqsədim Azərbaycanla əməkdaşlığın inkişafı və gücləndirilməsi ilə bağlı ölkəmdə konkret təkliflər irəli sürməkdir.

            - Azərbaycan mədəniyyəti ilə necə uyğunlaşdınız?

            - İlk dəfə Azərbaycana gəldiyimdə mədəni şok yaşadım, çünki burada bir çox fərqliliklər var idi. Lakin zaman keçdikcə Azərbaycan mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkmədim. Xüsusilə Novruz bayramı məni çox cəlb edir. Çində də Yaz bayramı qeyd olunur və hər iki ölkədə bayram ərəfəsində təmizlik, şirniyyat hazırlamaq və ocaq qalamaq kimi bənzər adət-ənənələr mövcuddur. Bu oxşarlıqlar mənim üçün xüsusi bir təcrübə oldu və mədəni inteqrasiya prosesini asanlaşdırdı.

            - Azərbaycanla bağlı ən çox sevdiyiniz məqam hansıdır?

            - Azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti məni çox təsirləndirib. Bu xüsusiyyətlər məni Azərbaycana daha yaxın hiss etdirdi. Buradakı təcrübələr mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından çox qiymətlidir.

            - Çin və Azərbaycan arasında əlaqələrin gələcəyini necə görürsünüz?

            - Azərbaycan və Çin arasında əlaqələrin böyük potensiala malik olduğunu düşünürəm. Xüsusilə iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində bu əlaqələr daha da dərinləşə bilər. Çinin Azərbaycanla yaxın əlaqələri hər iki ölkə üçün faydalı olacaq. Gələcəkdə daha çox müştərək layihələr və təşəbbüslər həyata keçirilə bilər.

            - Gələcəklə bağlı hansı planlarınız var?

            - Gələcəkdə ölkəmə qayıtdıqdan sonra Azərbaycan və Çin arasında beynəlxalq əlaqələr sahəsində daha dərin tədqiqatlar aparmaq və bu sahədə müxtəlif layihələrdə iştirak etmək istəyirəm. Eyni zamanda, mədəniyyətlərarası əlaqələri inkişaf etdirmək niyyətindəyəm.

            Hazırladı: Nərminə Əsədova

            BDU-nun çinli tələbəsi: “Azərbaycanın təhsil sistemi, sosial mühiti mənim üçün çox faydalı oldu”
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025