BDU nümayəndə heyəti Pakistanın Ali Təhsil Komissiyasında müzakirələr aparıb
BEYNƏLMİLƏLLƏŞMƏ
14 Mart 2025 10:26

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Ali Təhsil Komissiyasının sədri, professor Muxtar Əhməd ilə görüşüb.
Görüşdə BDU-nun Pakistanın aparıcı universitetləri ilə əməkdaşlığının gücləndirilməsi, birgə elmi tədqiqatların təşkili və tələbə-müəllim mübadiləsi məsələləri müzakirə olunub. Rektor Elçin Babayev BDU-nun beynəlxalq akademik əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərək, Pakistan universitetləri ilə elmi və tədris sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Ali Təhsil Komissiyasının sədri, professor Muxtar Əhməd Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yüksək qiymət verib və bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini bildirib. O, BDU və Pakistan universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi üçün Komissiyanın hərtərəfli dəstək göstərəcəyini qeyd edib.
BDU nümayəndə heyəti Ali Təhsil Komissiyasında Pakistan Milli Assambleyasının üzvü xanım Begüm Tahmina Daultana ilə də görüşüb. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Xanım Daultana müxtəlif illərdə Pakistanın qadın inkişafı, sosial rifah və xüsusi təhsil naziri, eləcə də qadın inkişafı, mədəniyyət və elm və texnologiya naziri vəzifələrində çalışmış təcrübəli siyasətçi kimi, bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.
Ali Təhsil Komissiyasında görüş qarşılıqlı anlaşma və əməkdaşlıq istiqamətində atılacaq addımların müzakirəsi ilə başa çatıb.
Son XƏBƏRLƏR
05.12.2025 | 17:44
BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub
05.12.2025 | 16:58
BDU könüllüləri ilə görüş
05.12.2025 | 16:57
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər
05.12.2025 | 15:08