BDU-da təlim: "Toksik münasibətlərdə 'yox' demək bacarığı"

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru BDU-nun "Yeni Klub" tələbə təşkilatı ilə birgə "Toksik münasibətlərdə 'yox' demək bacarığı" adlı təlim keçirib.
Sektorun psixoloqu Natəvan Həsənzadənin keçirdiyi təlimin məqsədi tələbələrin psixoloji sağlamlığını gücləndirmək, şəxsi inkişaflarına dəstək olmaqdır. Psixoloq zərərli münasibətləri sağlam münasibətlərdən ayırmağın mühüm bacarıqlardan olduğunu qeyd edib. Tələbələrə toksik münasibətlərin xarakteristikası barədə məlumat verib, çətin, neqativ təsir göstərən vəziyyətlərdən çıxmaq yollarını izah edib.
Təlimin sonunda tələbələr zərərli münasibətlərin səviyyəsini test vasitəsilə ölçüblər və cavablara uyğun müzakirələr aparıblar.