BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi

            SOSİAL 9 Aprel 2026 17:53

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi keçirilib.

            Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Nəsir İmanquliyev Azərbaycanda böyük peşəkar jurnalistlər nəslinin müəllimi, ötən əsrin ikinci yarısında ölkə mətbuatında xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru olub: “Azərbaycan jurnalistikasında tətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyev imzası ilə bağlıdır. Tale elə gətirib ki, mən Nəsir müəllimi həm bu məktəbin yaradıcısı kimi, həm də Universiteti bitirərək Jurnalistika fakültəsində çalışdığım illərdən bələd olduğum ciddi bir nəzəriyyəçi kimi izləyə bilmişəm. Bu mənada mən Nəsir İmanquliyevin praktik jurnalist və alim kimi yaradıcılığından danışmağa haqqı olanlardan biriyəm. Nəsir İmanquliyev nə az, nə çox, düz 51 il bu fakültədə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışıb. Bu gün Yeni media və kommunikasiya nəzəriyyəsi adlanan həmin kafedranın qapısı önündəki dəhliz divarında onun barelyefi var. Gələcəyin jurnalistləri-tələbələr müəllimlərinin xatirələrindən və qoyub getdiyi əsərlərindən tanıdıqları bu böyük insanın barelyefi önündən keçəndə onu ehtiramla yad edirlər”.

            Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov ömrünü Universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyduğunu deyib. Qeyd edib ki, Nəsir müəllimin klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyətinin bəhrələri Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb və onun yetirmələridir: “Tale Nəsir İmanquliyevə heç də hamar ömür yolu qismət etməyib, amma heç vaxt əqidəsindən dönməyib”.

            Daha sonra çıxış edənlər BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva, fakültə THİK-in sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüb, özündən sonra məktəb yaradan müəllimlərin ənənələrinin daim yaşayacağını bildiriblər.

            Sonda Nəsir İmanquliyevin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib.

            Qeyd edək ki, Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə aprel və may aylarında həftədə bir dəfə olmaqla təşkil ediləcək. Yekunda layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri – yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025