BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı

            BDU-da “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı

            ELM 19 May 2025 16:42

            BDU-da “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı

            Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı keçirilib.

            Konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Natiq BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, o cümlədən tələbələrin bu prosesə cəlb edilməsi istiqamətində atılmış mühüm addımlar barədə məlumat verib: “Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə davamlı olaraq keçirilən, artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda Respublika konfransı xüsusi əhəmiyyətə malikdir. Əminəm ki, artıq beşincisi keçirilən konfrans tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacaq, onların bu istiqamətdə gələcək fəaliyyətlərini təşviq edəcək”.

            Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının professoru Xəlil İsmayılov, Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Leyla Allahverdiyeva və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər.

            İnformasiya və sənəd menecmenti fakültəsinin TEC-nin elmi rəhbəri, dosent Rəşad Qardaşov konfrans barədə məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata maraq artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir: “Builki konfransda tədqiqat obyekti kimi regionlarda yerləşən ali təhsil və elmi-tədqiqat müəssisələrinin kitabxanalarının iş təcrübəsi seçilib”.

            Respublika konfransında BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universitetinin Əsaslı kitabxanası, Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA Şəki Regional Elmi Mərkəzinin kitabxanası və Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzinin iş təcrübəsinin tədqiqi əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər.

            Təqdimatlarda regionlarda yerləşən ali təhsil və elmi-tədqiqat müəssisələrinin kitabxanalarında rəqəmsallaşdırma prosesləri, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə geniş məlumatlar verilib, müqayisəli təhlillər aparılıb, təkliflər irəli sürülüb.

            BDU-da “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025