BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir

            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir

            SOSİAL 27 Yanvar 2025 14:32

            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir

            Bakı Dövlət Universitetində (BDU) əməkdaşların və təhsilalanların ictimai fəallığının artırılması, onların Universitetin və ölkənin ictimai-mədəni, sosial həyatında daha aktiv iştirak etməsi, genişmiqyaslı sosial layihələrə qoşulması, mədəni-kütləvi tədbirlərin reallaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilir. BDU ilə dövlət və qeyri-hökumət təşkilatları, ictimai birliklər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, birgə sosial layihələrin reallaşdırılması istiqamətində səmərəli işlər aparılır.

            Hər il olduğu kimi, 2024-cü ildə də BDU-da dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birliklərlə əlaqələr genişləndirilib, birgə sosial layihələrin sayı iki dəfə artıb. Ötən il BDU-da dövlət gənclər siyasəti, humanitar məsələlər, Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə 900-dən artıq tədbir keçirilib.

            2024-cü il ərzində Universitetin ölkədaxili əməkdaşlıq əlaqələri genişləndirilib. Belə ki, il ərzində BDU “Veysəloğlu Şirkətlər Qrupu” MMC, Milli Depozit Mərkəzi, Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Milli Kitabxanası (AMK), Azərbaycan Tibb Universiteti (ATU), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY), Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb. BDU-da “ARB 24” televiziyasının “NewsLab” otağı,  Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağı, “Türk otağı”, “Xalq qəzeti”nin “Debat otağı” və Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyasının açılış mərasimləri keçirilib.

            Ötən il “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da Tədbirlər Planı hazırlanaraq uğurla icra olunub. İl ərzində ekoloji mühitin qorunmasının gənc nəslə təşviq edilməsi istiqamətində 70-dən çox müxtəlif tədbir, seminar, görüş, intellektual yarış və s. keçirilib.

            Ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BDU-da 30-a yaxın tədbir keçirilib. Xüsusilə qeyd edilməlidir ki, BDU-nun 537 tələbəsi beynəlxalq tədbidə könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.

            2024-cü ildə BDU-da bir sıra xüsusi layihələr və tədbirlər də həyata keçirilib. Bunlardan BDU-nun Tələbə Gənclər Təşkilatının “Gənclik həftəsi 2”, “Tələbədən məktəbliyə”, “COP29 həftəsi” layihələri, Azərbaycan Mətbuat Şurası ilə birgə “I Gənc mədəniyyət müxbirləri məktəbi”, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi, Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə Karyera Festivalı, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təmizlik aksiyası, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının BDU-da tibbi aksiyası, “Kapital Bank”la birgə “Doğru yolun başlanğıcı” adlı təlim proqramı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc proqramçılar” müsabiqəsi, “Gənc Liderlər" Forumu, “BDU könüllüləri”nin “Könüllülük həftəsi”, “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihələri, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı, YAP Yasamal rayon təşkilatı ilə birgə “Heydər Əliyev mühazirələri” layihəsi, “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə görüşlər, “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər” mövzusunda COP modeli simulyasiya konfransı kimi tədbir və layihələri qeyd etmək olar.

            BDU-nun tələbə təşkilatları həmişə olduğu kimi, ötən il də aktiv fəaliyyət göstərib. İl ərzində BDU-nun Tələbə Gənclər Təşkilatının xətti ilə 161, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 126, “BDU “könüllüləri” təşkilatı tərəfindən 389 tədbir  keçirilib. Tədbirlər əsasən dövlət gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili”, mili ideologiya, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun aşılanması istiqamətlərinə həsr olunub. 2024-cü il ərzində BDU-da könüllülük fəaliyyəti genişləndirilib. BDU tələbələri ölkə miqyaslı sosial layihələrdə könüllü kimi uğurla iştirak edirlər. “BDU könüllüləri” təşkilatının hazırda 1500 üzvü var. BDU-nun tələbə təşkilatları cari il ərzində Universitetdən kənarda 100-dən çox müxtəlif tədbir, layihə, yarış və təlimdə iştirak ediblər.

            Ötən il BDU tələbələri müxtəlif səpkili 40-dan çox beynəlxalq və ölkədaxili yarışda iştirak edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfələrini veriblər.

             

            BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

            Ramin Səmədov

            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025