MİKROBİOLOGİYA VƏ VİRUSOLOGİYA

      Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyası 2020-ci ildə yaradılmışdır. Laboratoriyada mikroorqanizmlərin bioekoloji və molekulyar genetik əsasları istiqamətində, mikroorqanizmlərin fizioloji və biokimyəvi xassələri probleminə aid yüksək antimikrob xassəli maddələrin alınması və tədqiqi mövzusu üzrə tədqiqatlar aparılır. Laboratoriyanın əsas məqsədi mikroorqanizmlərin fizioloji və biokimyəvi xassələrini aşkarlamaq, onların kolleksiyasını yaratmaq, tətbiq sahələrini müəyyənləşdirmək və bu istiqamətdə mütəxəssislər hazırlamaqdır.