Şöbənin vəzifələri:
- Fakültələr, kafedralar, elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarla davamlı qarşılıqlı əlaqə əsasında BDU-da elmi fəaliyyəti təşkil etmək, monitorinqini və təhlilini aparmaq, hesabatlar hazırlamaq;
- Elmi-tədqiqat fəaliyyətinə dair hesabat sənədlərini hazırlamaq;
- Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə statistik məlumatlar hazırlamaq;
- Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlamaq;
- BDU-nun elmi fəaliyyətilə bağlı məsələlərin həllində və sənədlərin hazırlanmasında universitetin digər struktur bölmələrinə kömək etmək;
- BDU-nun elmi və innovativ fəaliyyətinin prioritet sahələrinin müəyyənləşdirilməsi və struktur bölmələrin inkişafına kömək etmək;
- Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət etmək;
- BDU-nun Tələbə Elmi Cəmiyyəti və Gənc Alimlər Şurasının fəaliyətini müəyyənləşdirmək;
- Elmi tədbirlərin planlaşdırılmasında metodiki yardım göstərmək və elmi tədbirlərin keçirilməsi üzrə təşkilati məsələlərə nəzarət etmək;
- BDU-nun elmi-tədqiqat fəaliyyətinin elektron kommunikasiya vasitələri ilə təbliğ edilməsi üçün müvafiq struktur bölmələri ilə və müvafiq təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq;
- BDU-da elmi ədəbiyyatın və elmi jurnalların çapına nəzarət etmək;
- BDU əməkdaşlarının Scopus, Web of Science və s. kimi verilənlər bazasında indekslənmiş elmi jurnallarda nəşr fəaliyyətinin artmasını dəstəkləmək;
- BDU-nun əməkdaşlarına və tələbələrinə elmi mobilliklə əlaqəli məsələlərin həllində köməklik göstərmək;
- BDU-nun innovativ potensialından səmərəli istifadə sistemini işləmək;
- BDU-nun innovasiya siyasətini hazırlanmaq və həyata keçirmək;
- İnnovativ və kommersiya üçün perspektivli elmi tətqiqatların məlumat bazasını yaratmaq;
- Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət;
- BDU-nun əməkdaş və tələbələrinin elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin etmək;
- BDU rəhbərliyinə, professor-müəllim heyətinə və universitetin aparıcı tədqiqatçılarına elmi və innovativ fəaliyyət sahəsində təhsil, elmi-innovasiya kompleksi kimi BDU-nun vahid siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində qərarların qəbul edilməsi üçün zəruri olan məlumatları vermək;
- BDU-da kommersiya yönümlü ideyaları və nəticələri məqsədyönlü axtarmaq və seçmək;
- BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyətinin nəticələrinin komesiyalaşdırıla bilmək potensialını ekspertiza etmək;
- BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyəti əsasında innovativ layihələri formalaşdırmaq və reallaşdırmaq.
Şöbənin funksiyaları:
- Elmi fəaliyyəti planlaşdırmaq;
- Elmi fəaliyyətinin prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirmək;
- BDU-nun struktur bölmələrində elmi-tədqiqatların plan üzrə yerinə yetirilməsinə nəzarət etmək;
- Elmi-metodiki yardım göstərmək və intellektual fəaliyyətin nəticələrinin həyata keçirilməsinə köməklik göstərmək;
- Elmi nəticələrinin toplanılması, təhlili və tətbiqi tədqiqat nəticələri barədə məlumat bazasını yaratmaq;
- Tədqiqat qruplarının innovativ layihələrlə bağlı müsabiqələrdə ideyaların həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsi məqsədilə iştirakını təşkil etmək;
- İnnovativ sahibkarlıq üçün kadrların bacarıqlarının təkmilləşdirməsi üzrə işləri koordinasiya etmək;
- BDU-nun tələbə, doktorant və gənc alimlərinin innovativ və sahibkarlıq fəaliyyətlərinə cəlb edilməsi üzrə işləri koordinasiya etmək;
- Layihələrin qeydiyyatı zamanı məsləhət və dəstək vermək;
- İnvestisiyaların cəlb olunması üzrə seminar və tədbirlər təşkil etmək;
- Maliyyələşdirmə üçün təqdimat və layihə materiallarının hazırlanmasında məsləhət və dəstək vermək;
- İnvestor tapmaqda və seçməkdə köməklik göstərmək;
- BDU-nun regional və beynəlxalq elmi sərgilərdə, yarmarkalarda və digər tədbirlərdə iştirakının təmin etmək;
- Poçt, media, internet və birbaşa əlaqə vasitəsilə müxtəlif mükafatlar, təqaüdlər, fərdi medallar, bütün elmi tədbirlər (iclaslar, konfranslar, seminarlar), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, digər nazirlik və idarələrin, fondların, Azərbaycan Milli Elmlər Akademiyasının qrantları və müsabiqələri barədə məlumatlar əldə etmək;
- Əldə etdiyi bütün məlumatlar barəsində elektron və yazılı formada filialları da daxil olmaqla Universitetin rəhbərliyini, fakültə dekanlarını, müəllimlərini, elmi-tədqiqatçılarını, doktorantlarını və tələbələrini dərhal məlumatlandırmaq;
- Tələbə Elmi Cəmiyyəti və Gənc Alimlər Şurasının bütün tədbirlərinin təşkilinə köməklik göstərmək;
- Elmi müsabiqələrdə, nazirlik və idarələrin, fondların qrantları, mükafatlar, təqaüdlər və qeydə alınmış medallar uğrunda müsabiqələrdə iştirak etmək üçün Universitetin təkliflərinin formalaşdırılması və təqdim edilməsini həyata keçirmək, sənədlərin qeydiyyatı üzrə məsləhətlər vermək;
- BDU əməkdaşlarının və tələbələrin elm və texnologiya sahəsindəki mükafatlar uğrunda beynəlxalq, regional və şəhər müsabiqələrində iştirakını təşkil etmək;
- Dövri elmi nəşrlərə abunəni təşkil etmək;
- BDU-nun elmi nailiyyətlərinin elmi-texniki təbliğatını təşkil etmək;
- Konfransların keçirilməsi ilə bağlı BDU-nun strukturlarından müraciətləri toplamaq, illik elmi tədbirlərin planını hazırlamaq;
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumat dəstəyi üçün planlaşdırılan tədbirlər barədə təklifləri hazırlamaq;
- Yığıncaqlar, konfranslar, seminarlar, təqdimatlar, sərgilər üçün bülletenlər, proqramlar hazırlamaq, tezislərin və materialların dərc edilməsini təşkil etmək;
- Elmi işlərin yerli və xarici nəşrlərdə dərc edilməsi ilə əlaqədar məsləhətlər vermək;
- BDU nəşriyyatı tərəfindən nəşr olunan jurnal və məcmuələrdə dərc olunması üçün elmi məqalələrin toplanmasına nəzarət etmək;
- BDU-nun prioritet istiqamətlərdə hədəf proqramı çərçivəsində həyata keçirilən mövzularda tədqiqatların aparılmasına informasiya və təşkilati dəstək göstərmək;
- Şöbənin səlahiyyətlərinə aid əmrləri hazırlamaq;
- BDU əməkdaşlrının dərc olunma göstəriciləri, müsabiqələrdə, proqramlarda, qrantlarda və sərgilərdə iştirakı, əldə olunan mükafatların uçotu barədə məlumatları toplamaq;
- Şöbənin illik hesabatını elm və innovasiyalar üzrə prorektora təqdim etmək.