EKOLOJİ KİMYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ETL

      Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası 2001-ci ildə akademik Rəfiqə Əlirza qızı Əliyeva tərəfindən yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti ətraf mühit obyektlərində bir sıra zərərli maddələrin miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib hazırlanmasıdır.