BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

            İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

            SOSİAL 28 Noyabr 2025 10:30

            İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən tələbələr üçün məlumatlandırıcı infosessiya keçirilib. Tədbirin məqsədi iştirakçıları İKTA-nın fəaliyyət sahələri, prioritet istiqamətləri, layihələri, eləcə də işə qəbul prosesi, mövcud təcrübə proqramları və vətəndaş müraciətlərinin qəbulu üçün yaradılmış e-şikayət sistemi barədə məlumatlandırmaq olub.

            İKTA-nın İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Solmaz Məmmədova çıxışı zamanı qurumun insan kapitalının inkişafına xüsusi önəm verdiyini, gənclərin peşəkar formalaşması üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. O bildirib ki, İKTA müasir texnoloji trendləri nəzərə alaraq, innovativ layihələr həyata keçirir, tələbə və məzunları bu layihələrdə iştiraka təşviq edir. Agentlikdə karyera qurmaq istəyən gənclər üçün şəffaf işə qəbul mexanizmi, bacarıqların qiymətləndirilməsinə əsaslanan yanaşma tətbiq olunur. Bununla yanaşı, proqramlaşdırma, informasiya təhlükəsizliyi, data analitika və digər istiqamətlər üzrə təcrübə proqramları gənclərin praktiki bacarıqlarının inkişafına geniş imkan yaradır.

            İKTA-nın İnformasiya sistemləri və ehtiyatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Şahmar Bayramlı e-şikayət sistemi barədə ətraflı məlumat verib. O qeyd edib ki, e-şikayət platforması vətəndaşların telekommunikasiya (internet, mobil rabitə) və poçt xidmətləri ilə bağlı müraciətlərini daha operativ şəkildə təqdim etməsinə imkan yaradır, bütün proses elektronlaşdırıldığı üçün müraciətlər həm sürətli şəkildə qəbul olunur, həm də sistem üzərindən izlənilə bilir. Onun sözlərinə görə, platforma istifadəçi rahatlığı, şəffaflıq və effektiv xidmət prinsipləri əsasında hazırlanıb və müraciətlərin obyektiv şəkildə araşdırılmasına şərait yaradır.

            İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası
            İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası
            İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025