BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

            SOSİAL 11 İyun 2026 12:14

            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

            Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” və Heydər Əliyev muzeyinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Milli Qurtuluş Gününün Azərbaycan tarixində ölkəmizin müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında, milli maraqlara əsaslanan daxili və xarici siyasətin formalaşdırılmasında, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsində və gələcək inkişaf strategiyasının müəyyən edilməsində müstəsna xidmətlərindən bəhs edib. Prorektor bu cür layihələrin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

            Daha sonra Azərbaycan Respublikası 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə “Milli qurtuluşdan dövlətçilik zirvəsinə: Heydər Əliyevin siyasi fəaliyyətinin formalaşması” mövzusunda çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə həyata keçirdiyi siyasi fəaliyyət, dövlət idarəçiliyində qazandığı zəngin təcrübə və müasir Azərbaycan dövlətinin qurulmasındakı mühüm rolu haqqında ətraflı məlumat verib. Dilarə Seyidzadə bildirib ki, Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyətli liderlik keyfiyyətləri və milli maraqlara söykənən siyasəti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı üçün etibarlı zəmin yaradıb.

            Professor Dilarə Seyidzadə Ulu Öndərin  həyat və fəaliyyətinin müxtəlif məqamlarına toxunaraq onun dövlətçilik irsinin daim aktuallığını qoruyub saxladığını qeyd edib. Ulu Öndərlə bağlı xatirələrini bölüşən qonaq onun insanlarla münasibəti, iş prinsipləri, yüksək təşkilatçılıq bacarığı və dövlətə xidmət fəlsəfəsi haqqında maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb.

            Görüş interaktiv müzakirələr şəraitində davam edib. Tələbələr və digər iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif aspektləri, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri ətrafında fikir mübadiləsi aparıblar.

            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            11.06.2026 | 09:24

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

            10.06.2026 | 14:17

            BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

            10.06.2026 | 12:34

            Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

            10.06.2026 | 11:34

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025