BDU-nun Filologiya fakültəsinin I kurs tələbələri Zəfər muzeyində

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə Filologiya fakültəsinin I kurs tələbələri Azərbaycanın qələbə tarixini əks etdirən Zəfər muzeyini ziyarət edib.
Ziyarətçilər muzeydə 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması tarixini özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Muzeydə ziyarətçilərə 8 ekspozisiya zalında şanlı Qələbənin motivləri tam və interaktiv formada təqdim olunur. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib.