BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            SOSİAL 10 Dekabr 2025 15:54

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin əsas tədris binasındakı büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

            Tədbir Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

            BDU-nun rektoru Elçin Babayev xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, fenomen şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığını, böyük ehtiramla yad edildiyini bildirib. O qeyd edib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik edən Heydər Əliyev dövlətçilik salnaməsində öyrənilməsinə, təbliğinə və tətbiqinə daim böyük ehtiyac olacaq irs yaradıb: “Dahi şəxsiyyət və görkəmli dövlət xadimi Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin və xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, Ulu Öndərin  dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin formalaşması ilə müşayiət olunub. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb.  Ümummilli Liderin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi isə Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmış oldu. 1993-2003-cü illəri əhatə edən hakimiyyət dövrü Ulu Öndərin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi və iqtisadi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Ulu Öndərin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda bütün sahələrdə islahatlar geniş vüsət aldı və respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı. Balanslaşdırılmış və milli maraqlara əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrildi. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır”.
            Rektor bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür: “Məhz Ulu Öndərin müəyyən etdiyi xətti, dahi şəxsiyyətin uzaqgörənliyini Ali Baş Komandan İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. Bugünkü parlaq qələbəmiz məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı”.

            Milli Məclisin üzvü Nizami Səfərov, millət vəkili, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev və BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Pərvin Eyvazov çıxışlarında ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və dönməz olmasının Ulu Öndərin uzaqgörən fəaliyyətinin, mübarizəsinin, cəsarətinin və böyük siyasi iradəsinin nəticəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan sürətli və yüksək inkişaf yoluna qədəm qoyub. Bütün bu nailiyyətlər və bundan sonra qazanılacaq uğurlar Ulu Öndərin əsasını qoyduğu möhkəm bünövrəyə söykənir.

            Sonda BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: Tarixdə əbədi imza” sənədli filmi nümayiş olunub.

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.12.2025 | 16:27

            BDU-da ABŞ-nin Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnsititutunun prezidenti və Məsləhət Şurasının sədri Vasif Eyvazzadə ilə görüş

            10.12.2025 | 15:03

            BDU və ABB tələbələrin karyera inkişafı üzrə əməkdaşlığı genişləndirir

            10.12.2025 | 14:21

            BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub

            10.12.2025 | 12:10

            BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb

            10.12.2025 | 11:11

            BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025