BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib

            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib

            SOSİAL 27 Noyabr 2025 10:02

            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Məzunla görüş” layihəsi çərçivəsində “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirin məqsədi universitet-məzun əlaqələrini gücləndirmək, uğurlu məzunların təcrübəsini tələbələrlə bölüşmək və onların peşəkar inkişafına dəstək göstərmək olub.

            Panelə Mərkəzin məzunlarla birgə layihələr üzrə məsləhətçisi Mələkxanım Qurbanova moderatorluq edib. Çıxışçılar arasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva, Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov, Dövlət Sosial Müdafiə Fondunun İnsan resursları şöbəsinin müdiri Telli Rəfiyeva-Xəlilova yer alıb.

            Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov bildirib ki, “Məzunla görüş” layihəsi BDU tələbələrinin karyera hazırlığına dəstək göstərən davamlı əməkdaşlıq modelidir. Mərkəz uğurlu məzunların təcrübəsini tələbələrə çatdırmağı prioritet hesab edir.

            Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva çıxışında əmək münasibətlərində qlobal dəyişikliklərdən, işəgötürənlərin tələblərinin artmasından və yumşaq bacarıqların əhəmiyyətindən danışıb. O qeyd edib ki, şəbəkələşmə və davamlı özünəinvestisiya karyera inkişafının əsas şərtlərindəndir.

            Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov şəxsi inkişafın, peşə seçiminin və praktiki bacarıqların önəmini vurğulayıb. O bildirib ki, əmək bazarı daha rəqabətli və dinamikdir, işəgötürənlər həm texniki, həm də sosial bacarıqları yüksək olan gənclərə üstünlük verirlər.

            Dövlət Sosial Müdafiə Fondunun İnsan resursları şöbəsinin müdiri Telli Rəfiyeva-Xəlilova çıxışında uğurlu karyera üçün planlı inkişaf, nizam-intizam, dəstək almağa açıq olmaq və şəbəkələşmənin rolunu xüsusi qeyd edib. O bildirib ki, böyük məqsədləri kiçik addımlarla həyata keçirmək həm prosesi idarəolunan edir, həm də motivasiya yaradır.

            Panel müzakirəsi zamanı Azərbaycan əmək bazarındakı mövcud dəyişikliklər, rəqəmsallaşmanın yaratdığı yeni peşələr, yumşaq bacarıqların aktuallığı və gələcək trendlər barədə fikir mübadiləsi aparılıb.

            Tələbələr spikerlərə suallar ünvanlayaraq detallı cavablar alıblar.

            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib
            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib
            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib
            BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025