BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi

            “Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi

            SOSİAL 16 Oktyabr 2024 08:37

            “Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi

            O, Bakı Dövlət Universitetinin (BDU) ən gənc tələbəsidir. BDU-nun Kimya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi olan Gülsüm Əhmədova seçdiyi sahəni çox sevir. Gülsüm kimyanı gələcək nəsillərə sevdirmək, bu sahəyə təşviq etmək üçün yeni metodlar üzərində işlədiyini deyir:

            Şirvan şəhəri 14 №-li tam orta məktəbi bitirmişəm. 5 yaşımda birinci sinfə getmişəm. Sinfimizdə də ən balaca mən idim. Buna baxmayaraq, dərslərimdə və sinif yoldaşlarımla münasibətdə çətinliyim olmayıb. VIII sinifdən IV qrup üzrə hazırlaşmağa başladım.  Əvvəldən kimyaya marağım olduğu və müəllimlik peşəsini sevdiyim üçün bu ixtisası seçmişəm.

            Gülsüm, kimyaya həvəsi kim oyadıb səndə?

            Altı-yeddi yaşımdan kimyaya marağım olub. Dayım və nənəm kimyaçıdır. Hətta dərslərimi bəzən dayımla birgə məsləhətləşərək edirdik, mənim üçün çox maraqlı olurdu, kimyaya həvəsim daha da artırdı. VIII sinifdən kimya üzrə hazırlıq müəllimim isə bu sahə üzrə müəllim olmağım üçün stimul yaratdı. Məktəb vaxtı laboratoriyamız olmasa belə, kimya ilə bağlı keçirilən tədbirlərdə, evdə müxtəlif reaksiyalar aparır,  maddələrin bir-biri ilə sadə sintezi zamanı baş verən halları müşahidə etməyi sevirdim. Bunun üçün dərslikdən əlavə, internetdə də araşdırma aparırdım.

            Deyirlər, kimya çətin fəndir. Bəs sənin üçün necə? Gələcəkdə müəllim olduqda şagirdlərinə bu fənni sevdirmək üçün hansı metodlardan istifadə edəcəksən?

            Müəllimim sadə və anlaşılan dildə izah etdiyi üçün heç vaxt kimyanı başa düşməkdə çətinlik çəkməmişəm. Buna bəlkə də həmin fənnə olan sevgim səbəb olurdu. Mən də müəllim olduqdan sonra kimyanı mürəkkəb ifadələrlə deyil, rahat və sadə şəkildə şagirdlərə izah edərək sevdirəcəm. Bu fənnin uşaqların yadında daha yaxşı qalması üçün maraqlı üsullarla yeniliklər etməyi də fikirləşirəm.

            Kimyada diqqətini çəkən, araşdırmağı istədiyin mövzu varmı?

            Uşaqlıqda yeni kimyəvi element yaratmaq istəyirdim. Mən də məşhur kimyaçılar kimi böyük kəşflər edib, kimya tarixində yer almaq istəyirdim. Kimyada ən çox araşdırma aparmaq istədiyim və maraqlandığım istiqamət üzvi kimyadır. Məktəb dövründən üzvi kimya marağımı cəlb edib. Zavodlarda üzvi kimyadan istifadə ilə aparılan reaksiyalarla yaxından tanış olub, öyrənmək istəyərəm. Universitetdə də bunu araşdırmaq arzusundayam, müəllim olanda da.

            BDU-ya qəbul xəbərini eşitdikdə hansı hissləri keçirdin? Həm də sən hazırda ən gənc tələbəsən.

            Cavabların çıxmasına az qalmış çox səbirsizlənirdim. Cavab çıxanda həyəcandan ağladım. BDU-ya qəbul olduğumu görəndə isə çox sevindim. Çünki BDU ölkəmizin ilk və ən nüfuzlu universitetidir. Ən gənc olduğumu elə sizdən öyrəndim. Mükəmməl ali təhsil almaq, peşəmdə uğur qazanmaq, valideynlərimi sevindirmək istəyirəm.

             

            Hazırladı: Nurlan Cəbrayılzadə

            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025