BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçiriləcək

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçiriləcək

            BEYNƏLMİLƏLLƏŞMƏ 6 Aprel 2026 11:46

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçiriləcək

            8-9 may 2026-cı il tarixlərində Türkiyə Cümhuriyyətinin Bartın şəhərində Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbələrin 6-cı Beynəlxalq simpoziumu keçiriləcək.

            Bartın Universitetinin ev sahibliyi, Türkiyənin İstanbul, Ankara, Hacettepe, Atatürk, Mərmərə, Çankırı Karatekin, Kastamonu, İstanbul 29 Mayıs, İstanbul Mədəniyyət, İzmir Katip Çələbi, Kırıkkale universitetlərinin də akademik heyəti və tələbələrinin iştirakı ilə keçiriləcək “Dəyişən informasiya texnologiyaları və elektron resurslar” mövzusunda simpoziumda informasiya və sənəd menecmenti sahəsində əldə olunmuş yeni nəticələr plenar və bölmə iclaslarında gənc tədqiqatçıların iştirakı ilə müzakirə ediləcək, elektron kataloq texnologiyaları sahəsində müasir problemlərin tədqiqi, sahənin aktual məsələlərinin yeni konseptual müstəvidə nəzərdən keçirilməsi, informasiya və sənəd menecmentinin innovativ elmi istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər irəli sürüləcək.

            BDU tələbələri konfransda ölkəmizin rəqəmsal kitabxana-informasiya resurslarında Ulu Öndər Heydər Əliyevin irsinə və Türk dünyasına dair ədəbiyyatın təhlili, inkişaf dinamikası, elmmetrik şərhi əsasında hazırladıqları təqdimatlarla çıxış edəcəklər. Simpozium çərçivəsində BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşlarının Bartın Universitetinin tələbələrinə mühazirələr oxuması da nəzərdə tutulur.

            Ümumilikdə Beynəlxalq tələbə simpoziumunun keçirilməsi tələbələrin elmi tədqiqatlara marağının artırılması, gənc tədqiqatçılar arasında elmi əməkdaşlığın təşviqi, yeni tədqiqat istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

            Simpozium haqqında daha ətraflı məlumatları aşağıdakı elektron ünvandan əldə etmək olar:

            https://bbyogrencisempozyumu.bartin.edu.tr/

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçiriləcək
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            07.04.2026 | 16:47

            Azərbaycan və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar

            07.04.2026 | 16:26

            Bakı Dövlət Universiteti Qazaxıstanda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunur

            07.04.2026 | 14:43

            BDU-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar

            07.04.2026 | 13:21

            BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

            06.04.2026 | 21:44

            BDU rektoru II Qazaxıstan–Azərbaycan Universitetləri Rektorları Forumunda iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025