BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

            BEYNƏLMİLƏLLƏŞMƏ 16 Sentyabr 2026 16:16

            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

            İsrailin Kaye Akademik Təhsil Kollecinin tədris və öyrənmə prosesində süni intellektin inteqrasiyası üzrə rəhbəri, Oksford Universitetinin “Təhsildə süni intellekt” (AIEOU) layihəsinin tədqiqatçısı İdan Şavit Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Süni intellektin praktik tətbiqi və süni intellekt dövründə ali təhsilin gələcəyi” mövzusunda mühazirə deyib.

            İdan Şavit çıxışına süni intellekt vasitəsilə yaradılmış, onun görünüşü və səsi ilə fərqli dildə danışan videonun nümayişi ilə başlayıb. O, süni intellektin əvvəllər xüsusi bacarıq tələb edən bir sıra işləri qısa müddətdə yerinə yetirməyə imkan verdiyini bildirib.

            Generativ süni intellektin iş prinsipindən danışan məruzəçi dil modellərinin cavabları ehtimallar əsasında formalaşdırdığını və buna görə də inandırıcı görünən məlumatların yanlış ola biləcəyini vurğulayıb. Mühazirədə auditoriyanın fotoşəklinin təhlili, “NotebookLM” vasitəsilə elmi məqalələr arasında əlaqələrin araşdırılması və süni intellekt agentinin təqdimat hazırlaması kimi praktik nümunələr nümayiş etdirilib. Qeyd olunub ki, süni intellektin hazırladığı nəticənin qiymətləndirilməsi və təkmilləşdirilməsi insanın üzərinə düşür.

            İdan Şavit təhsildə süni intellektin istifadəsinə də toxunub. O, Böyük Britaniyada aparılmış sorğunun nəticələrinə istinad edərək, bakalavr tələbələrinin 95 faizinin təhsildə süni intellektdən istifadə etdiyini diqqətə çatdırıb. Pedaqoji məqsədlə hazırlanmış süni intellekt tyutorlarının öyrənmə nəticələrini yaxşılaşdıra bildiyini, məhdudiyyətsiz istifadənin isə müstəqil işləmə bacarığını zəiflətmək riski daşıdığını bildirib. Məruzəçinin fikrincə, əsas məsələ texnologiyanın özündən daha çox tapşırığın necə qurulması və tələbənin düşünmə prosesinin davam etdirilməsidir.

            Mühazirədə süni intellektdən istifadənin etik tərəfləri də müzakirə olunub. Məruzəçi səs və görüntünün təqlidi, şəxsi məlumatların emalı kimi imkanların etik baxımdan əsaslandırılmasının vacibliyini vurğulayıb. O, məlumatların yoxlanılması, süni intellektdən istifadənin açıqlanması və həssas məlumatların qorunmasını akademik məsuliyyətin mühüm tərkib hissələri kimi qeyd edib.

            Çıxışının sonunda İdan Şavit müəllimin tələbənin marağını araşdırmaya yönəltməkdə bələdçi rolunu oynadığını, universitetlərin süni intellektdən effektiv və etik istifadə üçün institusional şərait yaratmasının vacibliyini vurğulayıb. O bildirib ki, süni intellektin inkişafı ali təhsildə tədris, qiymətləndirmə və öyrənmə yanaşmalarının yenidən nəzərdən keçirilməsini tələb edir.

            Sonda iştirakçıların sualları cavablandırılıb.

            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            17.09.2026 | 14:10

            BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

            16.09.2026 | 17:24

            BDU-nun həmtəşkilatçılığı ilə “Qobustan: Qədim izlər, minillik yaddaş” adlı tədbir keçirilib

            16.09.2026 | 15:50

            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

            16.09.2026 | 14:01

            BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

            15.09.2026 | 16:50

            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025