BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

            ELM 15 Sentyabr 2026 16:50

            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

            Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının II kurs doktorantı Zeynəb Addayeva Türkiyənin İstanbul Texniki Universitetində (İTU) elmi tədqiqat və eksperimental işlər həyata keçirib.

            Elmi ezamiyyət çərçivəsində Zeynəb Addayeva FeGaInS₄ yarımkeçirici kristalının lazerlə maye mühitdə ablasiyası (Pulsed Laser Ablation in Liquid - PLAL) üzrə tədqiqatlar aparıb. İşlər İstanbul Texniki Universitetində Berna Morovanın rəhbərliyi və elmi koordinasiyası ilə həyata keçirilib.

            Tədqiqatın əsas məqsədi müxtəlif lazer parametrlərinin, eləcə də su və polimer məhlul mühitlərinin FeGaInS₄ əsaslı nanomaterialların alınmasına və xüsusiyyətlərinə təsirinin sistemli şəkildə öyrənilməsi üçün eksperimental baza yaratmaq olub.

            Tədqiqat zamanı FeGaInS₄ kristalının su, müxtəlif molekulyar çəkili PVS məhlulları, həmçinin 0,2; 0,4; 0,6 və 0,8 faiz GO tərkibli PVS/GO məhlullarında lazer ablasiyası həyata keçirilib. Təcrübələr 534 nanometr dalğa uzunluğunda Bessel şüalı nanosaniyə və femtosaniyə lazer sistemlərindən istifadə edilməklə aparılıb. Dalğa uzunluğunun təsirini müqayisəli şəkildə araşdırmaq məqsədilə 1064 nanometr dalğa uzunluğunda nanosaniyə lazerlə də təcrübələr həyata keçirilib. Bununla yanaşı, GO təbəqəsi və GO məhlulu ilə ayrıca lazer ablasiyası təcrübələri aparılıb.

            Eksperimental işlər nəticəsində müxtəlif lazer mənbələri, şüa profilləri, dalğa uzunluqları, impuls müddətləri, PVS-nin molekulyar çəkisi və GO konsentrasiyalarının dəyişdirildiyi 22 tədqiqat obyekti hazırlanıb.

            Əldə olunan nümunələrin növbəti mərhələdə struktur, morfoloji, optik, dielektrik, elektrik və digər fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiq edilməsi, həmçinin müqayisəli şəkildə qiymətləndirilməsi nəzərdə tutulur. Xarakterizasiya nəticələrinin materialların xüsusiyyətlərinə təsir göstərən əsas amillərin müəyyənləşdirilməsinə və onların potensial tətbiq istiqamətlərinin dəqiqləşdirilməsinə imkan verəcəyi gözlənilir.

            Aparılan tədqiqatlar BDU ilə İstanbul Texniki Universiteti arasında elmi və akademik əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin yaradıb. Əməkdaşlığın davam etdirilməsi çərçivəsində gələcəkdə PLAL metodu və lazer–material qarşılıqlı təsirinin müxtəlif aspektlərinin araşdırılması, FeGaInS₄ və digər yarımkeçiricilər əsasında nanomaterialların alınması, PVS/GO əsaslı polimer nanokompozitlərin hazırlanması və onların funksional xassələrinin hərtərəfli tədqiqi istiqamətində birgə elmi fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulur.

            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb
            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb
            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            15.09.2026 | 15:52

            “SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq

            15.09.2026 | 12:45

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

            15.09.2026 | 12:04

            BDU-da Bilik Günü qeyd olunub

            15.09.2026 | 06:52

            BDU-da yeni tədris ili başlayıb

            14.09.2026 | 18:08

            İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025