BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Əziz abituriyentlər, BDU-nu seçin, uğur qazanın!

            Əziz abituriyentlər, BDU-nu seçin, uğur qazanın!

            20 Avqust 2021 15:42

            Əziz abituriyentlər, BDU-nu seçin, uğur qazanın!

            Əziz abituriyentlər!

            Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

            DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb.

            “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

             

            Əziz abituriyentlər!

            Sizi gələcək həyatınızda mühüm rol oynayacaq bugünkü ixtisas seçimizdə Bakı Dövlət Universitetini seçməyə, təhsilinizi Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, ölkəmizin ən qocaman və ən böyük ali təhsil müəssisəsində, öz klassik ənənələri və nailiyyətləri olan, müasir islahatlarla yeniləşən, zəngin tarixə malik Universitetdə davam etdirməyə çağıırırq.

            Bu gün BDU 16 fakültəsi, 120 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyi və s. ilə ölkəmizdə elm və təhsilin inkişafında mühüm rol oynayır.

            Hazırda BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın məşhur “BLACKBOARD” tədrisin idarə edilməsi sisteminin tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. Dünyanın nüfuzlu 7 universiteti ilə ikili diplom proqramları həyata keçirir.

            Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU Ailəsinin üzvü olmağa dəvət edirik!

             

            BDU-da 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə

            qəbul aparılan  ixtisaslar

            Geologiya fakültəsi

            • Geologiya

            • Geologiya və Geofizika mühəndisliyi

            Coğrafiya fakültəsi

            • Coğrafiya

            • Coğrafiya müəllimliyi

            • Hidrometeorologiya

            • Geomatika və geodeziya mühəndisliyi

            • Turizm işinin təşkili

            • Davamlı inkişafın idarə olunması

            Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

            • Kompüter elmləri

            • İnformatika müəllimliyi

            • İnformasiya təhlükəsizliyi

            Biologiya fakültəsi

            • Biologiya

            • Biologiya müəllimliyi

            • Su bioehtiyatları və akvabitkilər

            • Biotexnologiya

            • Bitki mühafizəsi

            Mexanika-riyaziyyat fakültəsi

            • Riyaziyyat

            • Riyaziyyat müəllimliyi

            • Mexanika

            Hüquq fakültəsi

            • Hüquqşünaslıq

            Jurnalistika fakültəsi

            • Jurnalistika

            Filologiya fakültəsi

            • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

            • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

            • Filologiya (alman dili və ədəbiyyatı)

            • Filologiya (fransız dili və ədəbiyyatı)

            • Filologiya (rus dili və ədəbiyyatı)

            • Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi)

            • Filologiya (ingilis dili və ədəbiyyatı)

            Fizika fakültəsi

            • Fizika

            • Fizika müəllimliyi

            Sosial elmlər və psixologiya fakültəsi

            • Psixologiya

            • Sosiologiya

            • Sosial iş

            • Fəlsəfə

            • Təhsildə sosial-psixoloji xidmət

            • Korreksiyaedici təlim

            Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

            • Beynəlxalq münasibətlər

            • Politologiya

            • İqtisadiyyat

            • Menecment

            • Beynəlxalq ticarət və logistika

            •Biznesin idarə edilməsi

            • Maliyyə

            Tarix fakültəsi

            • Tarix

            • Tarix müəllimi

            • Regionşünaslıq (Qafqaz üzrə)

            • Regionşünaslıq (Amerika üzrə)

            Kitabxanaçılıq-informasiya fakültəsi

            • Kitabşünaslıq

            • Kitabxanaçılıq və informasiya fəaliyyəti

            Ekologiya və torpaqşünaslıq fakültəsi

            • Ekologiya

            • Torpaqşünaslıq və aqrokimya

            • Yer quruluşu və daşınmaz əmlakın kadastrı

            Şərqşünaslıq fakültəsi

            •Regionşünaslıq (ərəb ölkələri üzrə)

            •Regionşünaslıq (İran üzrə)

            •Regionşünaslıq (Türkiyə üzrə)

            •Regionşünaslıq (Pakistan üzrə)

            •Regionşünaslıq (İsrail üzrə)

            •Regionşünaslıq (Koreya üzrə)

            •Regionşünaslıq (Çin üzrə)

            •Regionşünaslıq (Yaponiya üzrə)

            •Filologiya (türk dili və ədəbiyyatı)

            •Filologiya (fars dili və ədəbiyyyatı)

            •Filologiya (ərəb dili və ədəbiyyatı)

            •Tərcümə (fars dili)

            •Tərcümə (ərəb dili)

            Kimya fakültəsi

            •Kimya

            •Kimya mühəndisliyi

            •Kimya müəllimliyi

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025