BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da

            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da

            ELM 31 May 2024 17:43

            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da

            Dünya şöhrətli alim, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri ilə görüşüb.

            BDU rektoru Elçin Babayev türk dünyasının tanınmış oğlu Əziz Səncərin Azərbaycanın ən qədim və böyük universiteti olan Bakı Dövlət Universitetini ziyarət etməsinin fəxr olduğunu bildirib: "Əziz Səncərin elmi nailiyyətləri və tədqiqatları təkcə elm dünyasında deyil, həm də bütün insanlıq üçün böyük əhəmiyyət kəsb edir. Əziz Səncərin həyatı və fəaliyyəti gənclər üçün nümunədir. Bu, onu göstərir ki,  təhsildə və elmdə zəhmət dünyanın hər yerində ən yüksək mükafatlara layiq görülə bilər".

            Rektor diqqətə çatdırıb ki, Əziz Səncərin elmi irsi və tədqiqatları bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır: "Görkəmli alimin tədqiqatları və əldə etdiyi uğurlar milyonlarla insana ümid,  bu sahədə aparılan elmi işlərə yeni bir istiqamət verir. Bugünkü seminarın mövzusu da müasir elmin ən vacib istiqamətinə - DNT-nin bərpası və beyin xərçənginə həsr olunub. BDU elm və təhsil sahəsində davamlı yeniliklərə və irəliləyişlərə sadiqdir. Bizim məqsədimiz gənc alim və tələbələrə dünya səviyyəli təhsil və tədqiqat imkanları təqdim etməkdir. Professor Əziz Səncər kimi nüfuzlu alimlərin BDU-nu ziyarət etməsi və biliklərini paylaşması bu məqsədə çatmaqda bizə kömək edir".

            Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Əziz Səncərin türk dünyasının təbiət elmləri üzrə Nobel mükafatına layiq görülən tək görkəmli alimi olduğunu deyib: “Biokimya kimi çətin bir sahədə bu nüfuzlu mükafatı qazandığına, belə yüksək zirvəni fəth etdiyinə görə minnətdarıq. Alim birinci növbədə öz ölkəsini, Vətənini sevməlidir. Bu mənada Əziz Səncər türk dünyasının böyük oğlu, əsl vətənpərvərdir. Bizim gənclər Əziz Səncərin həyat və fəaliyyətindən, verdiyi dərslərdən örnək almalıdırlar”.

            “Can Azərbaycanın qəlbimdə ayrıca yeri var, bura sevərək gəlirəm” deyən professor Əziz Səncər özünü həm də Azərbaycan vətəndaşı hesab etdiyini bildirib. Daha sonra professor Əziz Səncər “DNT-nin bərpası və beyin xərçəngi” adlı təqdimatla çıxış edib.

            DNT-nin bərpası, onun genetik quruluşunun qorunmasından bəhs edən alim bu sahədə araşdırmaların 40 ildən çoxdur ki, aparıldığını bildirib. Əziz Səncər qeyd edib ki, xərçəngin qarşısını almaq, inkişafını dayandırmağın ən yaxşı və asan yolu siqaret çəkməməkdir. Tütün məhsulları, xərçəngin müalicəsində istifadə edilən dərmanlar, ultrabənövşəyi şüalar DNT-nın pozulmasına səbəb olur. Bunların tərkibindəki kimyəvi maddələr DNT-nin quruluşunu pozur. Bunun nəticəsində isə xərçəng yaranır. Çox siqaret çəkən insanlarda DNT özünü bərpa edə bilmir və quruluşu pozulur.

            Əziz Səncər yaxın gələcəkdə tədqiqat nəticələrinin xərçəngin müalicəsində tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib.

            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər BDU-da
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025