BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Dövlətə xidmət, xalqa sevgi simvolu

            Dövlətə xidmət, xalqa sevgi simvolu

            10 May 2022 13:25

            Dövlətə xidmət, xalqa sevgi simvolu

            Bütün xalqların həyatında xüsusi missiya daşıyan, taleyüklü məqamlarda xilaskar rolunu oynayan şəxsiyyətlər olur. Bu şəxsiyyətlərin, xilaskarların adları uğrunda ömürlərini fəda elədikləri ölkənin adı ilə qoşa çəkilir, əbədiyyət qazanır.
            Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cü ildönümüdür.
            Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün parlaq nümunədir. Ulu öndər çoxşaxəli fəaliyyəti, xalqına, millətinə, dövlətinə sonsuz sevgisi ilə xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirib.
            Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.
            Ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi ideologiya, dəst-xətt dayanır. Bu ideologiya güclü dövlət, yenilməz iqtisadiyyat, azərbaycançılıq məfkurəsi, milli ruh və özünüdərk, tarixi yaddaşa söykənir. Məhz Ulu öndər Heydər Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər kəsə örnək olan, millətini və dövlətini dünyaya tanıdan, bütün ömrünü xalqının xoşbəxt gələcəyi, rifahı və dövlətinin möhkəmlənməsi uğrunda mübarizəyə həsr etmiş övladı olub.
            Bir lider və siyasətçi üçün ən vacib keyfiyyət olan uzaqgörənlik Ulu öndərin ən heyrətamiz cəhətlərindəndir. Ümummilli liderin atdığı bütün addımlar, həyata keçirdiyi siyasət dövlətin ən vacib strateji xətlərinin illər sonraya hesablanmış yol xəritəsi idi. Ana dilinin milli varlığımızın təməli sayılmasına yönələn addımlar, latın qrafikasına keçidin təmin olunması, milli təhsil şəbəkəsinin qurulması, milli kadrların yetişdirilməsi üçün azərbaycanlı gənclərin ölkə xaricinə göndərilməsi, milli hərbi məktəbin yaradılması – bütün bunlar müstəqil Azərbaycan dövlətinin təməl daşları idi. Azərbaycan xalqı bu addımların bəhrəsini müstəqilliyini yenidən bərpa etdikdən sonra gördü və görməkdədir.   
            Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan fenomenal şəxsiyyət Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaradıb, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet kimi götürüb. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.  Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan dahi şəxsiyyət bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılıb, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutub.
            Ulu öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin, təhsilin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. O, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışıb.
            Ümummilli lider Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ulu Öndər istər sovet dövründə, istərsə də müstəqillik illərində Universitetin kadr potensialının, maddi-texniki bazasının güclənməsinə əvəzsiz töhfələr verib. Ümummilli liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
            1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
            Bu gün Ulu öndərin ruhu şaddır. Müqəddəs ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz 30 ildən bəri düşmən əsarətində olan Qarabağı əbədi azadlığına qovuşdurub. Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, göz bəbəyimiz Şuşada əzəmətlə dalğalanır.
            Ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycan və Ümummilli lider Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək.
            Azərbaycan xalqı Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025