BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

            TƏDRİS 21 Avqust 2025 11:23

            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” və Hökümətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüşüb.

            Rektor Elçin Babayev məzunları təbrik edib, onlara təhsil və şəxsi həyatlarında uğurlar arzulayıb. Rektor qeyd edib ki, BDU hər zaman öz məzunları ilə fəxr edib: “Hər bir universitetin ən böyük sərvəti onun tələbə və məzunlarıdır. BDU-nun ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. BDU məzunları içərisində dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri var. İndiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı mütəxəssis yetişdirib. Siz hazırda həyatınızda ikinci dönüş nöqtəsini yaşayırsınız, ilk dönüş noqtəsi ali məktəbə qəbul olmağınız olub. Siz qalib ölkəmizin gənclərisiniz, Azərbaycanımızın ən qüdrətli dövründə xaricə təhsilinizi davam etdirməyə gedirsiniz. Ölkəmizi, ailənizi, BDU-nu xarici ölkələrdə ləyaqətlə təmsil edəcəyinizə, Vətənimiz üçün peşəkar kadr kimi yetişəcəyinizə əminik”.

            Rektor məzunlara öz üzərlərində daha çox çalışmağı, özlərini inkişaf etdirməyi tövsiyə edib, BDU-nun hər zaman məzunları üçün doğma məkan olduğunu bildirib, Universitetdə məzunlarla iş üzrə nəzərdə tutulan layihələr barədə onlara məlumat verib.

            Çıxış edən məzunlar xaricdə təhsil üzrə Dövlət Proqramının gənclər üçün böyük imkanlar yaratdığını vurğulayıb, BDU ilə daim əlaqə saxlayacaqlarına söz veriblər.

            Qeyd edək ki, BDU-nun 46 məzunu dünyanın nüfuzlu universitetlərində magistratura, 5 məzunu isə doktorantura səviyyəsində təhsilini davam etdirəcək.

            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
            TƏDRİS SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025