BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

            BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

            ELM 4 Mart 2025 15:48

            BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

            BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

            ELAN

             

            Bakı Dövlət Universiteti və Türkiyənin  Üskudar  Universitetinin birgə təşkilatçılığı ilə 2025-ci ilin 14-16 may tarixlərində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

            Konfransın məqsədi rəqəmsallaşma ilə media istehsalı və istehlakı proseslərinin transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr açmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

            Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

            • Rəqəmsal media və kommunikasiya tədqiqatları
            • Rəqəmsal media və məzmun istehsalı
            • Rəqəmsal əsrdə kommunikasiya təhsili
            • Rəqəmsallaşma və televiziya
            • Rəqəmsallaşma və jurnalistika
            • Sosial media işi
            • Rəqəmsallaşma və kommunikasiya etikası
            • Rəqəmsallaşma və qavrayışın idarə edilməsi
            • Rəqəmsallaşma və reklam
            • Rəqəmsal marketinq
            • Rəqəmsallaşma və ictimaiyyətlə əlaqələr
            • Rəqəmsallaşdırma və dizayn
            • Data mining
            • Rəqəmsallaşma və süni intellekt tədqiqatları
            • Rəqəmsallaşma və kino tədqiqatları
            • Rəqəmsal ekosistem və kommunikasiya elmləri
            • Türk Cümhuriyyətlərində kommunikasiya araşdırmaları
            • Türk Cümhuriyyətlərinin media sistemləri
            • Kibertəhlükəsizlik
            • Dezinformasiya, misinformasiya, “fake” xəbərlər
            • Mediada mülkiyyət və mülkiyyət strukturu, media inhisarları
            • Media və qloballaşma
            • Media və mədəni müstəmləkəçilik
            • Rəqəmsal media əsrində senzura
            • Rəqəmsal əsrdə kommunikasiya

            Tezislərin təqdim edilməsi üçün son tarix: 30 mart 2025-ci il

            Konfransın işçi dili: Azərbaycan dili, türk dili, rus dili, ingilis dili

            Tezislər onlayn olaraq aşağıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://metbuat150bsu.edu.az/

            Tələblər:

            • Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə və qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcəkdir;
            • Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.

            Tezislərin tərtib olunma qaydaları:

            Tezis ingilis dilində təqdim olunmalıdır.

            Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır).

            Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14, şrift Calibri

            Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri

            Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

            Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

            Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.

            İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])

            Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)

            Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.

            Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr konfrans materialları dərc olunan məcmuəyə daxil ediləcək. Məruzələrin tam mətnləri elektron şəkildə nəşr olunacaq.

             

            Konfransın keçiriləcəyi yer və əlaqə:

            Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.

            Mob: (+994 50) 3876497 (Whatsapp)

            E-poçt: [email protected]

            Sayt: http://metbuat150bsu.edu.az/ - QR CODE

            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025