BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

            SOSİAL 16 May 2024 14:27

            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

            Bakı Dövlət Universiteti (BDU) və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun ölkədaxili və beynəlxalq əlaqələrinin gücləndirilməsi əsas prioritetlərdən biridir: “Elmlə təhsilin qovuşduğu ali təhsil müəssisəsinin kadr hazırlığında ən böyük hərəkətverici qüvvə məhz ölkədaxili əlaqələrin düzgün qurulmasıdır. Çünki kadr hazırlığında ölkədə fəaliyyət göstərən qurumların tələb və təklifləri nəzərə alınır. Milli Depozit Mərkəzi ilə anlaşma memorandumunun da tezliklə öz bəhrəsini verəcəyinə əminəm. Artıq həmin tələb-təkliflər nəzərə alınmaqla uyğun istiqamətdə kadr hazırlığına başlamaq barədə razılaşmışıq. Bu prosesdə Mərkəzin əməkdaşları yaxından iştirak edəcəklər. Təhsilalanların Milli Depozit Mərkəzində və Mərkəzlə əlaqəli qurumlarda təcrübə keçməsinin də böyük əhəmiyyəti var”.

            Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev isə bildirib ki, Azərbaycanda fond və maliyyə bazarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. BDU-nun Azərbaycan ali təhsilinin flaqmanı olduğunu qeyd edən Ağahüseyn Xudaverdiyev Mərkəzin əməkdaşlarının 20 faizinin Universitetin məzunları olduğunu diqqətə çatdırıb: “İmzalanan memorandum iki qurum arasında əməkdaşlığın genişlənməsinə, maliyyə bazarının yüksəkixtisaslı kadrlarla təmin olunmasına böyük töhfə olacaq”.

            Tədbirdə MDM-də strategiya və layihələrin idarəedilməsi üzrə məsul şəxs Əli Əliyev qurumun fəaliyyəti haqqında təqdimat edib. Sonra BDU haqqında videoçarx nümayiş olunub.

            Daha sonra iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində əməkdaşlıq həyata keçirəcəklər. Memorandumda kapital bazarı üzrə Universitet kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədi ilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

            Həmçinin BDU-nun tələbə və məzunları ilə birgə qiymətli kağızların dövriyyəsi üzrə innovasiya yönümlü layihələrin araşdırılması, startapların yaradılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes proseslərində innovasiya nailiyyətlərinin tətbiqi və digər innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır. Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və Universitet tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də memorandumda əksini tapıb.

            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
            BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025