BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və İslam Əməkdaşlıq Təşkilatının COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur

            BDU və İslam Əməkdaşlıq Təşkilatının COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur

            BEYNƏLMİLƏLLƏŞMƏ 17 Mart 2025 13:44

            BDU və İslam Əməkdaşlıq Təşkilatının COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Pakistana səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Koordinatoru Məhəmməd İqbal Çoudhari ilə rəsmi görüş keçirilib. Görüş zamanı BDU-nun COMSTECH-lə qarşılıqlı əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, üzvlük və birgə proqramların həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.

            Müzakirələrin nəticəsi olaraq, Bakı Dövlət Universiteti ilə COMSTECH arasında anlaşma memorandumu imzalanıb. Bu mühüm sənəd iki qurum arasında elm və texnologiya sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək, birgə tədqiqat layihələrinin icrasını təşviq etmək və BDU-nun beynəlxalq elmi proqramlardan faydalanmasını təmin etmək məqsədi daşıyır. Memorandumun imzalanma mərasimində Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak edib. Səfir Xəzər Fərhadov bu əməkdaşlığın Azərbaycan və Pakistan arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

            BDU üçün bu əməkdaşlıq böyük perspektivlər açır. Universitet COMSTECH-in elmi qrant və təqaüdlərindən faydalanmaq, müxtəlif sahələrdə ortaq elmi-tədqiqat işlərinə qoşulmaq imkanı əldə edir. Bu, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində yeni layihələrin reallaşdırılmasına, doktorant və tədqiqatçıların beynəlxalq təcrübə proqramlarında iştirakına şərait yaradacaq.

            Cari ilin iyun ayında Bakıda İƏT-in Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası keçiriləcək. Bu tədbir İƏT üzv dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti bu toplantıda aktiv iştirak edərək, elmi-tədqiqat sahəsindəki nailiyyətlərini təqdim edəcək, eyni zamanda üzv ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını genişləndirmək istiqamətində müzakirələr aparacaq.

            Qeyd edək ki, COMSTECH 1981-ci ilin yanvarında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İƏT-in üçüncü İslam zirvə toplantısında yaradılıb. Təşkilatın əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, elmi potensialın artırılmasına və innovativ layihələrin dəstəklənməsinə töhfə verməkdir. COMSTECH-in sədri Pakistanın Prezidenti, həmsədri isə Baş naziridir. Təşkilat elmi biliklərin inkişafına yönəlmiş müxtəlif təqaüd, qrant və layihələr həyata keçirir və üzv ölkələrin alimlərini dəstəkləyir.

            BDU və İslam Əməkdaşlıq Təşkilatının COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025