BDU və Çinin Anhui Universiteti arasında Konfutsi İnstitutunun fəaliyyəti üzrə əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb
BEYNƏLMİLƏLLƏŞMƏ
15 Dekabr 2025 15:17

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti sayəsində Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq əlaqələri daha da möhkəmləndirilib. Bu fəaliyyətin davam etdirilməsi məqsədlə BDU və Anhui Universiteti (Çin) arasında Konfutsi İnstitutu üzrə əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Konfutsi İnstitutunun BDU-da fəaliyyət müddəti uzadılıb və İnstitutun tədris, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi proqramların davamlılığının təmin olunması, həmçinin Konfutsi İnstitutunun ötən dövr üçün hesabatının məqbul hesab edilməsi barədə qərar qəbul edilib. Konfutsi İnstitutu Çin dilinin tədrisi, mədəniyyətinin tanıdılması, elm və təhsil sahələrində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini yeni yanaşmalarla davam etdirəcək.
Sənədin imzalanması mərasimində hər iki tərəf əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. BDU-nun rektoru Elçin Babayev Konfutsi İnstitutunun qarşıdan gələn illərdə fəaliyyətinin tələbələr və müəllimlər üçün yeni imkanlar yaradacağını bildirib. Anhui Universitetinin Universitet Şurasının sədri Yu Baotao isə Çin mədəniyyətinin beynəlxalq səviyyədə təbliği və Çin dilinin tədrisinin əhəmiyyətini qeyd edib.
Müqavilə BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi, Çin univeristetləri ilə təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Son XƏBƏRLƏR
04.02.2026 | 11:54
“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar
04.02.2026 | 10:57
BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04.02.2026 | 10:54
BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04.02.2026 | 09:38
BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
03.02.2026 | 16:02