BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı

            BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı

            SOSİAL 28 Oktyabr 2024 17:32

            BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirilib.

            Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə əklil və gül dəstələri qoyulub. BDU-da Ulu Öndərin büstü, Şəhidlər abidəsi və şəhid məzunların xatirəsinə həsr olunmuş lövhənin önünə də gül dəstələri düzülüb.

            Konfrans Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

            BDU THİK-in sədri Zöhrab Cavadzadə yarandığı gündən Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələrin səsinə çevrildiyini, gənclərin problemlərini həll etmək, onların hüquqlarını qorumaq, təhsillərində və sosial fəaliyyətlərində dəstək olmaq üçün yorulmadan çalışdığını deyib: “Bu yolda gördüyümüz bütün işlər  tələbələrimizin inkişafına xidmət edir. Ümummilli Lider Heydər Əliyev həmişə gəncləri Azərbaycanın gələcəyi hesab edib, onların təhsilinə və inkişafına böyük diqqət göstərib. Məhz onun təşəbbüsü ilə ölkəmizdə gənclərin hüquqlarının qorunması və onların dövlət idarəçiliyində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Bu dəyərlər və ideyalar THİK-in də əsas prinsiplərindən biri olub və fəaliyyətimizin hər mərhələsində bizə yol göstərib. Universitetdə müxtəlif idman spartakiadaları, mədəni tədbirlər, tamaşalar, ekskursiyalar, gəzintilər, düşərgə və layihələrin həyata keçirilməsində bilavasitə iştirak edən THİK gənclərə dövlət qayğısını hər zaman hiss etdirir. Hər bir tələbəmizin uğurunu, Vətən sevgisini gördükcə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nə qədər vacib rol oynadığını bir daha dərk edirik. Gələcək fəaliyyətimizdə də hər zaman tələbələrin yanında olacağımıza, birlikdə daha böyük layihələrə imza atacağımıza əminik”.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu gün müstəqil, qalib, suveren ölkəmizdə dövlətçiliyin daha da möhkəmləndirilməsində intellektual gəncliyin aparıcı rolu var: “Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi gənclər siyasətinin yetirmələri ölkəmizin inkişafı, tərəqqisi naminə hər cür fədakarlıq göstərib. 44 günlük Vətən müharibəsində biz bunun ən parlaq örnəklərini gördük. Gənclərimiz həmin günlərdə Vətənin rifahı naminə öz canlarını göz qırpmadan müstəqil Azərbaycana qurban verdilər. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması ilə gənclərin dövlət quruculuğunda fəal iştirakının təmin edilməsinin, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin prioritetləri müəyyən edildi, bu sahənin qanunvericilik bazası formalaşdırıldı. Hazırda ölkə gəncləri qalib Azərbaycanın vətəndaşları kimi həyatlarının ən xoşbəxt mərhələsini yaşayır, Vətənimizin rifahı üçün çalışırlar”.

            Rektor diqqətə çatdırıb ki, Bakı Dövlət Universiteti Azərbaycan dövlətinin gənclər siyasətinə ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi kimi daim töhfə verib: “BDU ailəsinin üzvləri olan tələbə və məzunlarımız ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Bütün bu vəzifələrin təşkilatlanmış formada həyata keçirilməsi üçün Universitet tərəfindən mühüm addımlar atılır. 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin yaradılması bu baxımdan yüksək dəyərləndirilməlidir. BDU-nun 1974-cü ildən fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsi ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir. Bu il 105 illik yubileyini qeyd etdiyimiz, böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. Əminik ki, bu gün Universitetdə təhsil alan, ictimai fəallıqları, vətəndaşlıq mövqeyi ilə hər birimizə qürur hissi yaşadan gənclərimiz bundan sonra da dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacaq, gələcək fəaliyyətləri ilə müstəqil Azərbaycanın daha parlaq gələcəyini təmin edəcəklər”.

            Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BDU THİK-in tələbələrin sosial durumunun yaxşılaşdırılması, milli ruhda inkişafı istiqamətində apardığı işlərin təqdirəlayiq olduğunu bildirib. “50 illik fəaliyyəti ilə seçilən BDU THİK-in böyük uğurlara imza atacağına və daha da inkişaf edəcəyinə inanırıq”.

            Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov BDU tələbələrinin Azərbaycanın gənclər siyasətində önəmli yerə malik olduqlarını vurğulayıb. O qeyd edib ki, gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər, layihələr həyata keçirən Fond Universitet tələbələri üçün də geniş imkanlar açır.

            BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanov, Səbinə Xasayeva, Naqif Həmzəyev və Azərbaycan Texniki Universitetinin THİK sədri Mirməhəmməd Ələkbərli BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin işinə uğurlar arzulayıblar.

            Konfrans BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin konsert proqramı ilə davam edib. Tədbirin sonunda Azərbaycanın xalq artisti, tanınmış müğənni Miri Yusif də qonaq olub, sevilən ifalarını səsləndirib.

            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025