BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib

            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib

            SOSİAL 17 May 2024 13:10

            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib.

            Tədbir iştirakçıları əvvəlcə görkəmli ədib, alim, pedaqoq, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

            Fakültənin Ərəb filologiyası kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Tərlan Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamının zəngin ədəbi-mədəni irsimizin yaşadılması, qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı bu zəngin irsin öyrənilməsi baxımından ən qiymətli mənbələrdəndir. “Füzuli sənətkarlığı” kitabı Füzuli haqqında müasir elmi-metodologiya ilə yazılan ilk monoqrafiyadır. “Füzuli sənətkarlığı” ilk dəfə 1958-ci ildə işıq üzü görsə də, füzulişünaslıqda böyük bir hadisə kimi öz elmi əhəmiyyətini bu günə qədər qorumaqdadır. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığında bu kitabla Füzuli irsinin öyrənilməsi məktəbinin əsasını qoyub.

            Ərəb filologiyası kafedrasının müdiri,  filologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Qaradağlı Füzuli irsinin dəyərlərindən danışaraq, tələbələr üçün belə görüşlərin əhəmiyyətindən bəhs edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun sektor müdiri, filologiya elmləri doktoru, professor Atəmi Mirzəyev isə Füzuli yaradıcılığı haqqında geniş məruzə edib, Füzuli irsinin  professor Mir Cəlal Paşayevin elmi yaradıcılığında mühüm yer tutduğunu vurğulayıb. Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov Füzulinin ərəbdilli yaradıcılığından bəhs edib, Füzulinin qəsidəsini ərəb dilində oxuyub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Yaqut Quliyeva  və Ərəb filologiyası kafedrasının müəllimi Xəyalə Mustafayeva Füzuli irsinin müasir əhəmiyyətindən danışıblar. Sonda Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə belə tədbirlərin BDU tələbələrinin yetişməsində mühüm rol oynadığını qeyd edib.

            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib
            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib
            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib
            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib
            BDU-nun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” adlı tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025