BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub
SOSİAL
7 Oktyabr 2024 12:22

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarı ziyarət olunub.
Ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli, THİK sədri Zöhrab Cavadzadə və təşkilatın fəal üzvləri iştirak ediblər.
Şəhidin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədov Aprel döyüşlərində topçu və manqa komandiri kimi iştirak edib. O, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vüqar Məmmədov 2020-ci ilin oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda əməliyyatda qəhrəmancasına şəhid olub.
Son XƏBƏRLƏR
04.02.2026 | 13:47
BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib
04.02.2026 | 11:54
“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar
04.02.2026 | 10:57
BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04.02.2026 | 10:54