BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib

            BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 1 Noyabr 2025 18:28

            BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib

            2025-ci il oktyabrın 31-də Qazaxıstanın paytaxtı Astanada “Qazaxıstan – akademik bilik məkanı” adlı Strateji Tərəfdaşlar Beynəlxalq Forumu keçirilib. Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, dövlət və hökumət nümayəndələri, eləcə də dünyanın bir sıra aparıcı universitetlərinin və müxtəlif qurumların rəhbərlərinin qatıldığı Forumda Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

            Prezident Kasım-Jomart Tokayev Forumun açılışında çıxış edərək, təhsil və elmin sərhədləri aşan, xalqları birləşdirən strateji sahələr olduğunu vurğulayıb. O qeyd edib ki, Qazaxıstanda son illərdə elm və təhsil sahəsinə ayrılan vəsaitləri dəfələrlə artırıb, ali təhsil müəssisələrinin müstəqilliyi genişləndirilib və hazırda gənc alimlərin fəaliyyətinə xüsusi dəstək verilir.

            Prezident həmçinin süni intellekt texnologiyalarının inteqrasiyası, rəqəmsal transformasiya, təhsilin beynəlmiləlləşdirilməsi və gənclərin potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söhbət açıb. O, AI-Sana proqramı çərçivəsində artıq 540 mindən çox tələbənin süni intellekt üzrə təhsil aldığını, ölkədə AI Universitetinin açılması üzrə hazırlıqların aparıldığını bildirib. Tokayev həmçinin OpenAI şirkəti ilə əldə edilən razılaşmalara əsasən, ChatGPT texnologiyasının təhsil prosesinə inteqrasiyası istiqamətində pilot layihənin başladıldığını vurğulayıb.

            Prezident çıxışında Qazaxıstanın ali təhsil ixracı mərkəzinə çevrilməsi, 100 min xarici tələbənin Qazaxıstan universitetlərinə cəlb edilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yüksəlişi, elmi tədqiqatların real sektorla inteqrasiyası və texnologiya transferi ofislərinin yaradılması kimi mühüm prioritetlərdən danışıb.

            BDU-nun rektoru Elçin Babayev Forumun plenar hissəsində çıxış edərək Azərbaycan ilə Qazaxıstan arasında təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.

            Rektor çıxışında BDU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Yessenov adına Xəzər Dövlət Universiteti və Atırau Dövlət Universiteti arasında əməkdaşlığın genişləndiyini, bu əlaqələrin ənənəvi akademik mübadilədən birgə tədqiqat klasterlərinə və ikili diplom proqramlarına doğru inkişaf etdiyini qeyd edib. BDU-nun Qazaxıstan universitetləri ilə birgə fəaliyyətinin bərpa olunan enerji, rəqəmsal texnologiyalar, süni intellekt, ətraf mühitin mühafizəsi və mədəni irs tədqiqatları kimi istiqamətləri əhatə etdiyini bildirib.

            Rektor çıxışında həmçinin Azərbaycan və Qazaxıstanın birgə səylərlə Türk Dünyasında yeni bilik körpüsü yarada biləcəyini vurğulayıb və bu məqsədlə Ortaq Akademik Şura, Türk Dünyası Tədqiqat və İnnovasiya Fondu, Gənc Alimlər Şəbəkəsi kimi təşəbbüslərin yaradılmasını təklif edib.

            Forumda həmçinin Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sаyаsat Nurbek, Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin prezidenti Nuntsio Kvakkarelli, Pekin Dillər və Mədəniyyət Universitetinin prezidenti Pen Duan, Cardiff Universitetinin prezidenti Vendi Larner, Woosong Təhsil Fondunun Himayədarlar Şurasının sədri Kim Son Kyonq, Minerva Universitetinin prezidenti Ben Nelson, M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Isakayev və digər beynəlxalq elm və təhsil nümayəndələri çıxış ediblər.

            Forum çərçivəsində iştirakçılar qlobal və regional təhsil tendensiyaları, süni intellektin təhsildə rolu, universitetlərin innovasiyalarda iştirakı və elmi diplomatiyanın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

            BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib
            BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib
            BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025