BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru Atırau Neft və Qaz Universitetinin rəhbərliyi ilə təhsil və tədqiqat sahəsində əməkdaşlığı müzakirə edib

            BDU-nun rektoru Atırau Neft və Qaz Universitetinin rəhbərliyi ilə təhsil və tədqiqat sahəsində əməkdaşlığı müzakirə edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 1 Noyabr 2025 21:09

            BDU-nun rektoru Atırau Neft və Qaz Universitetinin rəhbərliyi ilə təhsil və tədqiqat sahəsində əməkdaşlığı müzakirə edib

            Astanada keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru professor Gülzada Şakulikova arasında görüş keçirilib.

            Səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər. Xüsusilə neft-qaz mühəndisliyi, ekologiya, regionun sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiya və təhsil texnologiyaları kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin perspektivləri diqqət mərkəzində olub.

            Tərəflər həmçinin doktorantura səviyyəsində birgə rəhbərlik proqramlarının tətbiqi, birgə elmi məqalələrin hazırlanması, beynəlxalq elmi konfranslarda ortaq çıxışların təşkili, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

            Rektor Elçin Babayev vurğulayıb ki, BDU Atırau Neft və Qaz Universiteti ilə əlaqələri elmi nəticələrə və praktiki tətbiqlərə yönəlmiş konkret layihələr əsasında inkişaf etdirmək niyyətindədir. O qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında regional inkişaf, innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

            Öz növbəsində Gülzada Şakulikova da BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu əməkdaşlığın Qazaxıstanın qərb regionu üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin tədqiqi, yaşıl texnologiyaların tətbiqi və Xəzər dənizi hövzəsində ekoloji problemlərin öyrənilməsi sahələrində birgə tədqiqat qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.

            Gülzada Şakulikova əlavə edib ki, iki universitet arasında gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin, praktiki təlim proqramlarının təşkil edilməsi regionun elmi potensialının inkişafına xidmət edəcək və gələcəkdə Qazaxıstan-Azərbaycan akademik əməkdaşlığının mühüm istiqamətlərindən birinə çevriləcəkdir.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025