BDU-nun komandası “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutub

Bakı Dövlət Universitetinin (BDU) komandası Heydər Əliyev Mərkəzində keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutub.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır. Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib.
Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.