BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin həmtəşkilatçılığı ilə Beynəlxalq simpozium keçirilir

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin həmtəşkilatçılığı ilə Beynəlxalq simpozium keçirilir

            BEYNƏLMİLƏLLƏŞMƏ 16 Oktyabr 2025 15:53

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin həmtəşkilatçılığı ilə Beynəlxalq simpozium keçirilir

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti simpoziumu öz işinə başlayıb.

            Türkiyənin Kastamonu Universitetinin ev sahibliyi ilə keçirilən simpoziumun açılış mərasimində Kastamonu Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri Həmid Dərviş iştirakçıları salamlayıb. Bildirib ki, Türkiyədə kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetlər tərəfindən təsis edilən simpozium ilk dəfə 2022-ci ildə Bartın Universitetində, 2023-cü ildə Çankırı Karatekin Universitetində keçirilib: “III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti simpoziumu isə 2024-cü ilin noyabr ayında qardaş ölkəmiz Azərbaycanda BDU-nun ev sahibliyi ilə ən yüksək səviyyədə keçirildi. Mən bir daha ötən il simpoziuma qonaqpərvərliklə ev sahibliyi etmiş Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığımızı bildirirəm”.

            Həmid Dərviş vurğulayıb ki, simpoziumun davamlı keçirilməsində məqsəd müvafiq ixtisaslar üzrə kadr hazırlayan universitetlərlə birlikdə sahə üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, akademik fəaliyyəti və elmi tədqiqatları əlaqələndirməyə xidmət etməkdir.

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Türkiyə universitetləri ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Son  illərdə BDU-nun Türkiyənin 40-dan artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzaladığını vurğulayıb: “Əminik ki, bu gün öz işinə başlayan və iki gün davam edəcək IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti simpoziumu da qarşılıqlı əlaqələrimizə öz töhfələrini verəcək".

            Türkiyənin Hacettepe Universitetinin professoru Yaşar Tonta, Türk Kitabxanaçılar Dərnəyinin rəhbəri Ali Fuat Kartal, BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov çıxışlarında sənəd menecmenti, süni intellekt, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və s. kimi mühüm istiqamətlərdə aparılan tədqiqatlar və eyni zamanda gələcək hədəflər barədə fikirlərini bildiriblər.

            Qeyd edək ki, 2 gün davam edəcək Beynəlxalq simpoziumun 15 bölməsində ümumilikdə 70 məruzə, o cümlədən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaş və doktorantlarının 20-dən çox məruzəsi dinləniləcək.

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin həmtəşkilatçılığı ilə Beynəlxalq simpozium keçirilir
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025