BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib

            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib

            ELM 27 Mart 2024 16:53

            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı tədbir keçirilib. Fakültənin professor-müəllim heyətinin, gənc tədqiqatçıların və tələbələrin iştirak etdiyi tədbirdə fakültə dekanı Bəxtiyar Paşayev məruzə ilə çıxış edib. O bildirib ki, elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun qərarı ilə təsis edilib. 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin vaxtdan martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir.

            Bəxtiyar Paşayev son illərdə ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq BDU-nun da beynəlxalq elmi əlaqələrinin genişləndiyini qeyd edib. 2022-ci ildə baş tutmuş və Fizika fakültəsinin də bir qrup əməkdaşının qatıldığı “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” Beynəlxalq tədbiri buna misal ola bilər. 2022-ci ildə Fizika fakültəsində “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda, həmçinin “Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri” adlı Beynəlxalq yay məktəbləri keçirilib. Bu iki beynəlxalq tədbirdə 60-a yaxın məruzə edilib. 2023-cü ildə BDU-nun ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə “Fizikada müasir trendlər” mövzusunda 8-ci Beynəlxalq elmi konfrans keçirilib.

            Eyni zamanda dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli alimlərin Fizika fakültəsində elmi seminarları təşkil edilib. Belə ki, Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsinin professoru Dieter Suter, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim, Misir Nəzəri Fizika Mərkəzinin prezidenti, akademik Abdel Nasser Tawfik, Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri professor Stefano Bellucci, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının direktoru professor Yevgeni Yakuşev, Türkiyənin Ankara Universitetinin professoru Ali Gencer, Türkiyənin Ege Universitetinin Fizika bölümünün rəhbəri, professor Mustafa Təpə, fakültənin məzunları, Meksika Milli Muxtar Universitetinin professoru Natiq Atakişiyev, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev və s. kimi görkəmli alimlər professor-müəllim heyəti və tələbələr qarşısında məruzələr ediblər. Fizika fakültəsinin gənc alimlərinin uğurları da xüsusilə qeyd olunmalıdır. Onların üzvü olduğu komandalar son illərdə keçirilmiş “TEKNOFEST”  festivallarında qaliblər sırasında yer alıblar.

            Bəxtiyar Paşayev qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın ev sahibliyi edəcəyi çox mühüm beynəlxalq tədbirdir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

            Sonra tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov çıxış edərək elmin ölkələrin həyatında nə qədər mühüm yer tutmasından, müasir dövrün çağırışlarından danışıblar. Gənc alimlər adından Yarımkeçiricilər fizikası kafedrasının müəllimi Fidan Əhmədova öz həyat yolu, elmi fəaliyyəti, əldə etdiyi uğurlar barədə çıxış edib.

            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib
            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib
            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib
            BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025