BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ

            BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ

            SOSİAL 27 Yanvar 2026 18:00

            BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ

            Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbəsi Liu Muzi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Azərbaycan dili” ixtisası üzrə mübadilə proqramında iştirak edir. O, BDU ilə Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021–2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə Azərbaycanda təhsil almaq hüququ əldə edib. Məqsədi Azərbaycan dili və ədəbiyyatını ən yaxşı şəkildə öyrənərək öz ölkəsində tanıtmaq, beynəlxalq əlaqələrimizə töhfə verməkdir.

            – Azərbaycan dilini seçməyiniz təsadüfdürmü?

            – Xeyr, bu seçim təsadüfi deyil. Son illərdə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir. Mən düşünürəm ki, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi üçün hər iki ölkənin dilini və mədəniyyətini bilən kadrlara ehtiyac artacaq. Dil mədəniyyəti, düşüncə tərzini anlamağın yoludur. Mən də gələcəkdə ölkələrimiz arasında əlaqələrin inkişafında rol oynayan mütəxəssislərdən biri olmaq istəyirəm.

            – Azərbaycan ədəbiyyatı ilə tanışlığınız necə başladı?

            – Azərbaycan ədəbiyyatı ilə hələ Çində oxuyarkən tanış olmuşdum. Universitetdə sizin ədəbiyyatdan nümunələr oxuyurduq. Azərbaycana gəldikdən sonra isə bu maraq daha da artdı. Burada yeni əsərlərlə, yeni müəlliflərlə tanış oldum. Xüsusilə Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri mənə çox təsir etdi. Azərbaycan xalq nağıllarını da böyük maraqla oxudum. “Məlikməmmədin nağılı”nı isə çox sevdim.

            – Azərbaycan dili ilə Çin dili arasında hansı fərqləri görürsünüz?

            – Bu dillər struktur baxımından bir-birindən çox fərqlənir. Azərbaycan dilində şəkilçilərin çox olması dili öyrənmə prosesini bir qədər çətinləşdirir. Amma bu, eyni zamanda dili maraqlı edir. Dil vasitəsilə mədəniyyət də öyrənilir. Məncə, fərqlər nə qədər çox olsa, öyrənmə prosesi bir o qədər maraqlı olur. Bu fərqlər mənə həm dili, həm də Azərbaycan xalqının düşüncə tərzini daha yaxından tanımaq imkanı yaradır.

            – Azərbaycan haqqında ilk məlumatı haradan almısınız?

            – Əvvəllər Azərbaycanı əsasən İpək yolu üzərində yerləşən ölkə kimi tanıyırdım. Sonra universitetdə bu ixtisası seçdim və Azərbaycan dili, ədəbiyyatı haqqında daha geniş məlumat əldə etdim. Azərbaycana gəldikdən sonra isə bu biliklər real həyatla tamamlandı. Burada mədəniyyətinizi, tarixinizi öyrənmək və insanlarınızla birbaşa ünsiyyətdə olmaq təhsilim və ölkənizi öyrənməyim baxımından çox faydalı oldu. Deyə bilərəm ki, böyük ipək yolu ilə başlayan əlaqələrimiz yeni təcrübələrlə inkişaf edir.

            – Azərbaycan mediasını izləyirsinizmi?

            – Bəli, izləyirəm. Dərslərimizdə bu mövzuda tapşırıqlar verilir. Vaxt tapdıqca Azərbaycan dilində xəbərlər oxuyuram. Bu, dil bacarığımı inkişaf etdirməklə yanaşı, ölkədə baş verən hadisələri daha yaxşı anlamağıma kömək edir. Bir müddət əvvəl dostumla birlikdə kinoteatrda Azərbaycan dilində film də izlədik. Bu cür təcrübələr dili canlı şəkildə öyrənmək üçün çox faydalıdır.

            – BDU və universitet həyatınız yaddaşınızda necə qalacaq?

            – Universitet həyatım çox maraqlıdır. Burada yeni dostlar qazandım. İnsanlar mənə çox mehriban yanaşırlar. Birlikdə vaxt keçiririk, ölkələrimizin mədəniyyəti, tarixi və fərqləri haqqında söhbətlər edirik. Azərbaycan mətbəxi ilə də yaxından tanış oldum. Bu mühit mənə özümü rahat hiss etdirdi və Azərbaycanı daha çox sevməyimə səbəb oldu.

            – Gələcək planlarınız nələrdir?

            – Çinə qayıtdıqdan sonra Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm. Məqsədim Azərbaycan dilini və mədəniyyətini Çində daha geniş auditoriyaya tanıtmaqdır.

             

            Hazırladı: Nuran Yaqubova

            BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025