BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            SOSİAL 3 Fevral 2026 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib.

            Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 2133 nəfər şagird qeydiyyatdan keçib. Təşkilat komitəsinin qərarına əsasən, toplam 100 baldan 65 bal və yuxarısını toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Finalda iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

            Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Vyetnamda  keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən Universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında bir həftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək. Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.

            VI Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

            SOSİAL

            Son XƏBƏRLƏR

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:31

            BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

            02.02.2026 | 18:22

            BDU-nun tələbələri təltif olunublar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025