BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”

            BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”

            SOSİAL 9 Oktyabr 2024 12:39

            BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”

            O, Bakı Dövlət Universitetinin (BDU) ən yaşlı tələbəsidir. Əzmi ilə heyrət doğuran Anaxanım Dadaşeva qadın üçün çətin sayılan bir peşəyə sahib olmaqdan ötrü 51 yaşında böyük həvəslə ali təhsil alır. “Oxumaq heç vaxt gec deyil” ifadəsi sanki müsahibimizin boyuna biçilib.

            Anaxanım Dadaşeva BDU-nun Geologiya fakültəsinin “Mədən mühəndisliyi” ixtisasının I kurs tələbəsidir.

            Gəlin onu daha yaxından tanıyaq...

             

            • Bizə özünüz barəsində ətraflı məlumat verə bilərsinizmi?

             

            • Gənc yaşında ailə qurduğum üçün ali təhsil ala bilməmişdim. Həyat yoldaşımı itirdikdən sonra övladlarıma baxdım, bütün vaxtımı onlara ayırdım, ona görə təhsil həyatımı davam etdirə bilmədim. Sonradan özümdə güc tapdım, ayağa durdum və təhsilimin arxasınca getmək qərarına gəldim. Öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə daxil oldum. Bu yaşdan sonra ali təhsil arxasınca getməyi isə ümumiyyətlə düşünmürdüm. Qızım universiteti bitirib ailə həyatı qurduqdan və oğlum iş sahibi olduqdan sonra fikirləşdim ki, bəlkə mən təhsilimi davam etdirim. 2019-cu ildən subbakalavrların universitetlərə imtahansız qəbulu ilə bağlı qərarın verilməsi isə mənim üçün stimul oldu. Seçmək istədiyim ixtisasın qiyabi şöbəsinin ləğv edilməsi bir az tərəddüd yaratdı, amma ətrafımdakı insanlar bu seçimin yaxşı olduğuna inandırdılar, davam etməyim üçün təşviq elədilər. Gördüyünüz kimi, artıq burdayam...

             

            • Bəs bu ixtisası seçməyinizin səbəbi varmı?

             

            • BDU-ya qəbul olunmamışdan qabaq mən tibb kursuna da getmişəm. Həmişə çalışmışam ki, öz üzərimdə işləyim. Hansısa işlə məşğul olanda çalışıram onu dərindən öyrənim. Bu sahəyə marağı isə məndə həyat yoldaşımın babası oyadıb. O, neftçi idi və bu barədə hər zaman ətraflı danışardı. Elə buna görə məndə maraq yaranmışdı. Amma heç düşünməzdim ki, nə vaxtsa mən də neftçi ola bilərəm, bu sahə üzrə təhsil alaram.

             

            • Ali təhsilinizi tamamladıqdan sonra həmin sahə üzrə işləyəcəksinizmi? Sizcə, istədiyiniz sahə üzrə iş tapmaq asan olacaqmı?

             

            • Əlbəttə, bu sahəyə marağım böyükdü. Azərbaycan neft ölkəsidir və bu resurslar üzrə bizdə çox güclü inkişaf gedir. Onun üçün də ixtisasım üzrə iş tapacağıma əminəm. Mən həmişə optimist fikirləşirəm, gələcəyi, hər şeyi yaxşı görürəm. Pessimist fikirlərə çox da qapılan insan deyiləm. Həmişə çətinliklərdən çıxmaq üçün özümdə güc tapıram.

             

            • Çox güclü xarakteriniz var. Maraqlıdır, BDU-ya qəbul xəbərini aldıqda hansı hissləri keçirdiniz?

             

            • Kollecə daxil olanda daha gənc olduğum üçün ən böyük sevinci həmin zaman yaşamışdım. Övladlarımın ali məktəblərə qəbul xəbərlərində də o sevinci yaşadığım üçün bu xəbəri bir qədər adi qarşıladım. Amma yenə də mənim üçün xoş bir xəbər idi.

             

            • Universitet mühiti sizə hansı təsiri bağışladı?

             

            • Qrupumuzda tələbələrin əksəriyyəti kollecdən gəldiyi üçün yaş problemi yoxdur, bu mühit bizim üçün o qədər də yad deyil. Həm də əvvəl geologiya mənə çox çətin gəlirdi. Quyunu qazmaq asan görünsə də, o süxurları öyrənmək mürəkkəb idi. Amma müəllimlərimiz o qədər maraqlı izah edirlər ki...Artıq çox şey öyrənməyə başlamışam.

             

            • Sizdən sonra belə bir addım atıb, ali təhsil almaq istəyənlərə nə demək istəyərdiniz?

             

            • Heç vaxt heç nə üçün gec deyil. Məhəmməd peyğəmbər deyib ki, “Beşikdən məzara qədər elm, bilik öyrənin”. Mənim üçün dərslər o qədər maraqlı gəlir ki.. On beş ilə yaxındır kolleci bitirmişəm. Yenidən bu mühitdə olmaq çox fərqlidir. Öyrənmək hər zaman lazımdır.

             

            Hazırladı: Nurlan Cəbrayılzadə

            BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”
            BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025