BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 23000-dən çox tələbəsi və 3000-dən artıq müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub

            BDU-nun 23000-dən çox tələbəsi və 3000-dən artıq müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub

            TƏDRİS 18 Noyabr 2024 11:54

            BDU-nun 23000-dən çox tələbəsi və 3000-dən artıq müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub

            Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərarına əsasən, ali təhsil pilləsi üzrə tədris və təlim-tərbiyə prosesi 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təşkil edilir.
            Noyabrın 14-dən Bakı Dövlət Universitetində (BDU) tədris prosesinin distant formada təşkili uğurla həyata keçirilir. BDU-nun bakalavriatura və magistratura səviyyələrində 23000-dən çox təhsilalan, 3000-dən çox müəllim “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub.
            BDU 2021-ci ildən etibarən ABŞ-nin təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə əməkdaşlıq edir. "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbə və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. BDU-nun təşəbbüsü ilə “Blackboard” sisteminin Azərbaycan dilli versiyası da yaradılıb və tətbiqi həyata keçirilib. Artıq yaradılan bütün dərslərin modulları ilk dəfə olaraq istifadəçilərə Azərbaycan dilində təklif edilib. Bundan başqa, bütün istifadəçilərə “Blackboard”ın “Ultra” variantından istifadə etmələri üçün şərait yaradılıb.
            Sadə və intuitiv dizayna malik “Blackboard” platforması tələbə və müəllimlər arasında effektiv qarşılıqlı əlaqəni təmin etməklə bərabər, istifadəçilərə bir çox üstünlüklər verir. Müəllimlər dərs planlarını asanlıqla yaradır, kurs materiallarını paylaşır, sistem vasitəsilə müxtəlif və fərqli tapşırıqlar verərək onların avtomatik yoxlanılmasını həyata keçirə bilir. Müəllimlər onlayn tədris prosesində sistemin üstünlüklərindən yararlanaraq, interaktiv üsullardan istifadə edir, elektron formada tələbələrin davamiyyətini yoxlayır, analitik hesabatlar əldə edir. Platforma vasitəsilə tələbələrin ümumilikdə tədris materiallarına rahat əlçatanlığı təmin edilir. “Blackboard Ultra” həm müəllimlər, həm də tələbələr üçün təhsil prosesini daha rahat və effektiv edir. Müəllimlər dərs planlaşdırması və idarəetmədə böyük rahatlıq qazanır, tələbələr isə məlumatlara daha sürətli çıxış əldə edərək öz öyrənmə proseslərinə nəzarət edə bilirlər. Yekunda isə tələbələr haqqında müvafiq qeydlər BDU-nun “Elm-təhsilin idarə edilməsi sistemi”nə daxil edilir. İstifadəçilərin texniki problemlərinin həll edilməsi ilə bağlı İşçi qrupları fəaliyyət göstərir.
            TƏDRİS

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025