BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi

            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi

            SOSİAL 22 Oktyabr 2024 15:46

            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar BDU-nun fakültələrinin təqdimatlarına başlanılıb. Bu silsilədə ilk təqdimat Tarix fakültəsinin “105 illik zəngin ənənələrə malik Tarix fakültəsi” adlı tədbiri olub.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev Universitetin 105 illik yubileyi çərçivəsində həyata keçirilən bu layihənin ilk görüşünün Tarix fakültəsi ilə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. O bildirib ki, 1919-cu il 1 sentyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Bakı Dövlət Universitetinin yaradılması haqqında tarixi qərar qəbul edib: “BDU-nun tarixini bilmək hər birimizin müqəddəs borcudur. BDU-nun ilk fakültələri Tarix-filologiya və Tibb fakültələri olub. Tarix və Filologiya fakültələri Universitetin həmyaşıdıdır. Bu mənada Tarix fakültəsinin BDU-nun tarixində özünəməxsus yeri var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz bu fakültənin məzunudur. Biz hamımız bununla fəxr edirik. BDU-nun fəaliyyəti boyu professor-müəllim heyəti, məzunları, hətta burada oxuyub, buranı bitirməyən şəxslər də Universitetimizin tarixinə öz adlarını yazıblar. Tarix fakültəsi hər zaman ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən olub. Bu gün fakültə özünün şərəfli missiyasını yenə yerinə yetirir. Bütün dövrlərdə olduğu kimi, bu gün də tarixçilərin üzərində xüsusi əlamətdar vəzifə var və bu, çox önəmlidir. Çünki ölkəmizin tam suverenliyinin təmin olunması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərdiyi misilsiz qəhrəmanlığı, tarixi Zəfəri öyrənmək, öyrətmək kimi müqəddəs missiyanı icra edirsiniz. Hazırda isə ölkəmizin bütün istiqamətlərdə inkişafı tarix salnaməmizin qızıl səhifələrindən biridir. Belə bir vəziyyətdə gələcək nəsillərə bu tarixi çatdırmaq, aşılamaq bugünkü gənc tarixçilərin üzərinə düşən ən böyük vəzifədir”.

            Rektor diqqətə çatdırıb ki, bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan 4 tələbə Tarix fakültəsini, onlardan 3-ü isə “Tarix müəllimliyi” ixtisasını seçib. Bu, həmin ixtisasa olan böyük marağın göstəricisidir. Tarix fakültəsini fərqləndirən və məşhurlaşdıran ixtisaslardan biri də “Regionşünaslıq” ixtisasıdır. Burada Amerikadan tutmuş Qafqaza qədər bütün regionların tarixi dərindən öyrənilir. Fakültədə Qafqaz xalqları tarixi, Türk xalqları tarixi kafedraları da daxil olmaqla 10 kafedra, 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

            Sonra Tarix fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan BDU-nun 105 illik şərəfli tarixindən söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universiteti bu gün ölkə təhsilinin flaqmanı kimi öz sözünü deyir. 1919-1920-ci illərdə 13 professor, 5 dosent, 6 müəllim, 509 tələbə, 95 azad dinləyici ilə fəaliyyətə başlayan Tarix fakültəsində hazırda 20 professor, 50-dən çox dosent, 10 baş müəllim, 6 müəllim çalışır, 2200-dən çox tələbə təhsil alır. Minlərlə dövlət və ictimai-siyasi xadim yetişdirmiş Tarix fakültəsinin fəaliyyət göstərdiyi ilk illərdə dünya şöhrətli alim və akademiklər: Vasili Bartold, Nikolay Maar, Əziz Qubaydulin, Bəkir Çobanzadə, İsaq Cəfərzadə və b. dərs deyib. Bu gün fakültə müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qoşulması ilə bağlı yorulmaz fəaliyyət nümayiş etdirir. Şanlı qələbədən sonra yaranan yeni reallıqlar hərtərəfli araşdırılır və tədris olunur.

            Daha sonra BDU-nun rektoru Elçin Babayev fakültə tələbələrinin suallarını cavablandırıb.

            BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, “Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Səidə Quliyeva və III kurs tələbəsi Gülarə Mehdizadə Tarix fakültəsinin ölkəmizin həyatında oynadığı roldan, dövrün tələblərinə uyğun aparılan tədris, elmi fəaliyyətindən danışıblar. Qeyd ediblər ki, 105 illik elm və təhsil məbədinin təməl daşlarından olan Tarix fakültəsi daim ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib və bu müqəddəs missiyanı bundan sonra da davam etdirəcək.

            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Tarix fakültəsi
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025