BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

            BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

            BEYNƏLMİLƏLLƏŞMƏ 19 Mart 2024 11:01

            BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

            Bakı Dövlət Universiteti (BDU) tərəfdaş olduğu Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) adlı “Erasmus+” layihəsi çərçivəsində İtaliyanın Akvila şəhərində 12-14 mart 2024-cü il tarixlərində keçirilən təlim proqramında təmsil olunub. Avropanın 3, ölkəmizin 8 ali təhsil müəssisəsinin nümayəndələrinin qatıldığı təlimdə BDU-nun Elmi Kitabxanasının direktoru, layihənin BDU üzrə rəhbəri Nigar İsmayılova və kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova da iştirak ediblər.

            Degli Studi Dell’Aquila Universitetinin ev sahibliyi ilə keçirilən təlimin məqsədi Azərbaycanın layihədə tərəfdaş olan ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatlara, tədqiqat nəticələrinə açıq çıxışın dəstəklənməsi, hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması üzrə İtaliya təcrübəsinin öyrənilməsi olub.

            Təlimin ilk günü Degli Studi Dell’Aquila Universitetinin beynəlxalq əlaqələr üzrə rektor məsləhətçisi, professor Anna Tozzi universitetin beynəlxalq əlaqələri və layihələr, xüsusilə DIRNA layihəsinin reallaşması haqqında geniş məlumat verib. Tədbirdə universitetin tanıtım çarxı təqdim edilib. 

            Səfər proqramı çərçivəsində Degli Studi Dell’Aquila Universitetinin Kitabxanasının rəhbərliyi və əməkdaşları tərəfindən UnivAQ ktabxana sistemi və xidmətləri, IRIS –İnstitusional Tədqiqat İnformasiya sisteminin işləmə mexanizmi, açıq giriş və Horizon Avropa beynəlxalq layihələri, açıq elmi bazalar, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş edilib, müzakirələr və fikir mübadilələri aparılıb. Nümayəndə heyəti həmçinin universitetin “Humanitar” və “Mühəndislik” kitabxanalarını ziyarət edib, kitabxanaların infrastrukturu və iş prinsipi ilə yaxından tanış olublar. Təlim iştirakçıları sertifikatla təltif ediliblər.

            Qeyd edək ki, DIRNA layihəsi çərçivəsində ötən ilin noyabr ayında İzmir Yüksək Texnologiya İnstitutunun Kitabxanasında təlim keçirilib. Həm İzmir Yüksək Texnologiya İnstitutunun Kitabxanasında, həm də Degli Studi Dell’Aquila Universitetinin Kitabxanasında keçirilən təlimlərdə iştirakla qazanılan təcrübə BDU-da institusional repozitoriyanın yaradılması işinə tətbiq ediləcək.

            Layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

            BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub
            BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub
            BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025