BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb

            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb

            21 Dekabr 2021 13:51

            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb

            Bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi, Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Vilnüs Universiteti, Fransanın Lion2 Universitetinin birgə təşkilatçılığı ilə BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.

            Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-nun infoturu təqdim edilib.

            Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrlarla təmin edib. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. BDU-nun Hüquq fakültəsi Azərbaycan hüquq elminin ən aparıcı və köklü hüquq təhsil mərkəzi kimi həmişə özündə kifayət qədər elmi potensialı cəmləşdirib. Fakültə son dövrlər dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaradıb, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin daim yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərib.

            Elçin Babayev əlavə edib ki, konfransın keçirilməsi Bakı Dövlət Universitetinin həyatında mühüm hadisədir və bu, elmi tədqiqatlar prosesinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, gələcək səmərəli iş üçün stimul yaradacaq. BDU-nun professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları ilə yanaşı konfransda xarici dövlətlərin - Türkiyə, Almaniya, Fransa, Litva, Moldova, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan dövlətlərinin nüfuzlu hüquqşünas-alimləri də iştirak edir.

            Açılış mərasimində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, Ukraynanın Kiyev Hüquq Universitetinin rektoru Yuri Boşitski, Özbəkistanın Daşkənt Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbekov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov,  Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı Tomas Davilius, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin dekanı Muhərrəm Özən, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinov, Türkiyənin İstanbul Universitetinin  Hüquq fakültəsinin dekanı Ömər Əkməkçi, Rusiyanın Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı Liliya Bakulina, Ukraynanın Kiyev Milli Aviasiya Universitetinin Hüquq fakültəsinin dekanı İrina Sopilko, Türkiyənin Bolu Abant İzzət Baysal Universitetinin Hüquq fakültəsinin dekanı Şabah Kayihan və Rusiyanın Moskva Dövlət Universitetinin professoru Anatoli Belkin çıxış ediblər.

            Konfransda Özbəkistanın Daşkənd Hüquq Universiteti ilə əməkdaşlıq haqqında Saziş, Almaniyanın Halle Vittenberg Universiteti ilə BDU arasında magistratura pilləsi üçün ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

            Plenar iclasda Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbəyov "Postsovet məkanında hüquq elmi və təhsilinin islahatı", Türkiyənin İstanbul Universitetinin professoru Cüneyt Yüksel "İqlim dəyişikliyi ilə mübarizənin insan hüquqlarına təsiri",  BDU-nun Hüquq fakültəsinin dosenti Gülnaz Rzayeva "Yeni texnologiyalar və yeni hüquqlar: əsas prinsiplər" mövzusunda məruzə ediblər.

            Konfransda müasir dövrdə hüquq nəzəriyyəsi və tarixi, konstitusionalizm problemləri, beynəlxalq hüquqi standartlar: yeni istiqamətlər və milli hüquq sisteminin inkişafı, cinayət hüququnun inkişafının yeni tendensiyaları, cinayət prosesi və kriminalistikanın müasir problemləri, nsan hüquqları, əqli mülkiyyət və informasiya hüququ, mülki hüquq, kommersiya hüququ və əmək hüququnun müasir problemləri istiqamətləri üzrə müzakirələr aparılır.

            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
            BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025