BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

            TƏDRİS 26 Fevral 2026 15:38

            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub.

            Əvvəlcə Xocalı soyqırımı zamanı və Vətənimizin azadlığı uğrunda şəhid olan bütün soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Xüsusi dərs Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan ermənilərin tarixən xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən, törətdikləri qanlı cinayətlərdən bəhs edib. Mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verilib. Natiq faciəyə hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Həmçinin soyqırımın dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

            Xocalı soyqırımının baş verdiyi dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Knyaz Aslan qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb, ərazi bütövlüyümüz bərpa edilib: “Bu gün azad Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdıblar, orada yaşayırlar, qurub-yaradırlar. Bu, böyük xoşbəxtlikdir”.

            Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi – Xocalı sakini İlahə Qənbərova öz təəssüratlarını bölüşüb. Bildirib ki, faciə zamanı bir çox yaxın qohumu vəhşicəsinə qətlə yetirilib, əsir götürülüb. İlahə Qənbərova artıq ailəsinin Xocalıda yaşadığını, özünün də dəfələrlə doğma yurdunda olduğunu bildirib: “Bu gün Xocalı yenidən qurulur, abadlaşır. Bütün bunlar möcüzədir. Şəhidlərimizin ruhu şad,  qazilərimiz var olsun”.

            Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs
            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs
            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs
            BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs
            TƏDRİS SOSİAL

            Son XƏBƏRLƏR

            26.02.2026 | 17:29

            BDU-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib

            26.02.2026 | 16:43

            BDU-da Konstitusiyanın hüquqi mühafizəsinə dair elmi seminar keçirilib

            26.02.2026 | 16:42

            Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti BDU-da

            26.02.2026 | 16:19

            BDU kollektivi “Ana harayı” abidəsini ziyarət edib

            26.02.2026 | 15:22

            BDU-da süni intellektin təhsildə tətbiqi məsələləri araşdırılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025