BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xalq şairi Vahid Əzizlə görüş

            BDU-da Xalq şairi Vahid Əzizlə görüş

            SOSİAL 10 Oktyabr 2025 18:22

            BDU-da Xalq şairi Vahid Əzizlə görüş

            Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə şair, tərcüməçi, Xalq şairi Vahid Əzizin tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan qurumların könüllüləri də iştirak ediblər.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Qarabağda tarixi Zəfərin beşinci ildönümünün qeyd edildiyi günlərin hər kəsdə qürur hissi yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı həm qəhrəman, həm də yaradıcı xalqdır: “Azərbaycan ədəbiyyatı hər zaman öz şairləri, ədibləri ilə fəxr edib, çünki onlar hər zaman əsərlərində bəşəri dəyərləri, ülvi hissləri və Vətənə məhəbbəti təbliğ ediblər. Müasir Azərbaycan ədəbiyyatının böyük simalarından olan Xalq şairi Vahid Əzizlə görüş də gənc nəslin bu ideyalara sadiq böyüməsi üçün təşkil edilib. Maraqlı məqamlardan biri də odur ki, bugünkü tədbirimizdə yalnız BDU tələbələri deyil, digər ali təhsil müəssisələrinin də tələbələri iştirak edirlər. İnanıram ki, bu görüş gənclərimiz üçün faydalı və maraqlı olacaq”.

            Tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Xalq şairi Vahid Əzizin həyat və yaradıcılıq yolundan söz açıb. Qeyd edib ki, görkəmli şair 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalar kəndində anadan olub, orta məktəbi Tərtər rayonunda bitirib. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir sıra hökümət vəzifələrində fəaliyyət göstərib. Ötən əsrin 60-cı illərindən ədəbi fəaliyyətə başlayan Vahid Əzizin yaradıcılığında sevgi motivi daim öndə olub. Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar milli musiqi xəzinəmizin ən gözəl nümunələrindəndir. Şairin yaradıcılığına ən yüksək dəyər isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq şairi fəxri adının verilməsi olub.

            Sonra söz Vahid Əzizə verilib. Universitet mühitində tələbələrlə görüşün şair üçün yaddaqalan olduğunu deyən Vahid Əziz görüşün təşkilinə görə BDU rəhbərliyinə və tələbələrə təşəkkürünü bildirib. Görkəmli şair Zəfərimizin beşinci ilində keçirilən görüşdə əvvəlcə müəllifi olduğu “Mübarəkdir!” şeirini səsləndirib. Müqəddəs qələbəmizin Azərbaycan tarixinin qızıl səhifəsinə çevrildiyini deyib.

            Daha sonra tanınmış şair yaradıcılığının ən sevilən şeirlərini səsləndirib, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşlarının ifasında Vahid Əzizin şeirlərinə bəstələnən musiqilər ifa olunub.

            Sonda BDU rektoru Elçin Babayev görüşdə iştirakına görə Vahid Əzizə təşəkkür edib, belə görüşlərin tələbəlik həyatının ən unudulmaz anlarından olduğunu bildirib.

            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            BDU-da Xalq şairi Vahid Əzizlə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025