BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans

            SOSİAL 8 May 2024 18:06

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans

            Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu gün qədirbilən xalqımız onu ağır sınaqlardan müdrikliklə çıxarmış, Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla yad edir: “Həyatının məqsədi Azərbaycanın müstəqilliyi, xalqımızın xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ölkənin ən çətin, mürəkkəb məqamlarında dahi lider özünün xilaskarlıq missiyası ilə xalqının köməyinə çatıb. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş sovetlər birliyinin geridə qalmış respublikasından yüngül və ağır sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atıldı. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ rəhbərlərindən biri oldu".

            Rektor qeyd edib ki, 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsinin baş verməsi, dövlətçiliyin itirilməsi və Azərbaycan Respublikasının bir ölkə kimi dünya xəritəsindən silinməsi təhlükəsi yarananda Ulu Öndər Heydər Əliyev xalqımızın nicatı oldu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ulu Öndərin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda Ümumi Daxili Məhsul dəfələrlə artdı. İllər sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri yaradıldı: “Xalqımızın sarsılmaz birliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi ilə 30 illik işğal bitdi, 200 illik problem tarixin arxivinə göndərildi. Xalqımız Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılmasının 20 illik yubileyini qeyd edən  Heydər Əliyev Fondunun Ulu Öndərin tükənməz irsinin tədqiqi və təbliği sahəsindəki əvəzsiz xidmətlərini də yüksək qiymətləndirir. Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, məzunu olması ilə fəxr etdiyi BDU-nun kollektivi də bütün xalqımız kimi, Ümummilli Liderin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir. Ümummilli Liderin irisinin tədqiqi, təbliği BDU-nun alim və tələbələrinin ali məqsədlərindən biridir. Biz fəxr edirik ki, 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qədəm qoyan Bakı Dövlət Universitetinin inkişafının son 20 ildəki yeni mərhələsi dahi liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır".

            Milli Məclisin üzvü, BDU-nun Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, akademik Rafael Hüseynov Ulu Öndərin bütün mənalı ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etdiyini bildirib. Vurğulayıb ki, tarixin son dərəcə çətin dönəmində, 1990-cı illərin əvvəllərində, Azərbaycanın yenicə bərpa edilmiş dövlət müstəqilliyi ilk addımlarını atarkən Ulu Öndərin xilaskarlıq, quruculuq, yurdun və xalqın sabahı üçün möhkəm təməllər yaratmaq yolunda fədakar çalışmaları və mübarizələri ölkəmizi çətin sınaqlardan üzüağ çıxardı.

            Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Ümummilli Liderin siyasi fəaliyyətinin tarixi inkişaf dövrləri barəsində çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoyub.

            BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva isə bildirib ki, Azərbaycan dövlətçiliyinin sağlam təməllərinin əsasını qoyan, onu dünya xəritəsində sayılıb-seçilən dövlətlər sırasına daxil edən və öz sözünü deməyə qadir olan müstəqil dövlətə çevirən Ümummilli Lider Heydər Əliyev həyatının hər anında Azərbaycan xalqını düşünürdü: “Xilaskarlıq missiyası onun alın yazısı idi. Bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan möhtərəm Prezidentimiz İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır".

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025